15.05.2017

Sevmişik

Roman Məhərrəmli

Candan əziz canımızı görməmişik, sevmişik,
Biz hələ cananımızı görməmişik sevmişik.

Qaşı-qələm, qəddi-əlif, zülfü də lam, kaş görək!
Surəyi-Qur'anımızı görməmişik sevmişik.

Yek Əlidir, düdü Həsən, sədi Hüseyn- görmüşük,
Həştü-cəhar danımızı, görməmişik- sevmişik!

Qasid edib ahımızı hər dəfə göndərmişik,
Bir dəfə sultanımızı görməmişik- sevmişik.

Yarə vurub qəlbimizə həsrətinin xəncəri,
Ol Şəhi Xubanımızı görməmişik- sevmişik!

Sevsə də dövran bizi, dövranımızı sevmədik,
Sahibi-dövranımızı görməmişik- sevmişik.

Gözdə əgər varsa günah pərdəsi- düz görmərik
Gözdəki nöqsanımızı görməmişik sevmişik.

Комментариев нет:

Отправить комментарий