14.05.2017

Orucluq

Sovet vaxtı Mircəfər Bağırovun bağında Məşədi Rəhim adlı maştağalı bir bağbanı işləyirmiş. Ümumiyyətlə o bağda Məşəd Rəhimlə bərabər 20-yə yaxın qoca bağban çalışarmış. Bir gün Bağırov bağda gəzişirmiş. Ramazan ayı olur. Bağbanlar Bağırovu görcək başına yığlşıb hal-əhval tuturlar. Katib birdən soruşur: "Sizlərdən aranızda oruc olanı varmı?" Heç kim qorxudan səsini çıxartmır, təkcə Məşəd Rəhim: "Ağa, mən orucam"- deyir. Bağbanların qorxudan rəngləri ağarır, bu ixtiyar kişinin gələcək halının nə olacaqını fikirləşirlər. Bağırov köməkçisi Ənvəri (Ənvər Ağasıyev həm də mühafizəçisi olub) çağırır. Ona tapşırır ki ağsaqqala bir ay məzuniyyət, bir ayın ərzaq tədarükünü və maaşını verib yola salsınlar. Bunu görcək o biri bağbanlar da: "Ağa, biz də orucuq"- deyirlər. Lakin Katib onlara məhəl qoymayıb bağı tərk edir...

İsmayil Məmmədzadə

Комментариев нет:

Отправить комментарий