Qoyma məni məhv eyləyə dünya yükü, Allah.
Bilməm bu nə hikmətdi ki, beynimdə fikirlər,
Min cür dolanır başıma mə'na yükü, Allah.
Eşqinlə ürək vurmasa, əmr et ki, dayansın,
Aç qəlbini, qoyma qala əmma yükü, Allah.
Qəlbim sənə məxsusdu ki, şahid sən özünsən,
Xoşdur mənə qəmdən gələ dərya yükü, Allah.
Əl açdı Əbil, etdi dua hər gün ürəkdən,
Qaldırmağa güc ver mənə sevda yükü, Allah.
Комментариев нет:
Отправить комментарий