10.05.2017

General Çovdarova “peredaça” daşıyan adamı bilindi – “Broker Əbülfəz”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BİT) aclıq aksiyasını davam etdirir. 
A.Çovdarov barəsindəki cinayət işinin materialları ilə tanış olmağa az vaxt verilməsini bəhanə edərək aclıq aksiyası keçirir. 
Redaksiyamıza daxil olan xəbərə görə, BİT-in tibb hissəsində saxlanılan odioz generalın durumu ağırdır. Bu arada ona dəstək verənlər haqda da xəbərlər yayılır. Bildirilir ki, vaxtilə A.Çovdarovla yaxın münasibətlərdə olmuş, zaman-zaman onun “çətiri” altına sığınan məmurlar onun ailəsinə dəstək verməkdədirlər. Məmurların bir neçəsi öz yaxın adamları vasitəsi ilə A.Çovdarovun yaxınlarına əllərindən gələn köməyi etməyə hazır olduqlarını çatdırıblar. Hətta A.Çovdarov aclıq elan etməzdən əvvəl onun saxlanıldığı BİT-ə “peredaça” göndərənlər də var. Qeyd olunur ki, belə şəxslərdən biri də bir müddət əvvələ qədər Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-rəsmi nəzarət funksiyasını həyata keçirən və gömrük-keçid məntəqələrində inhisarçı oliqarxların maraqlarına uyğun iş adamlarını soymaqla məşğul olan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovdur. O, daha çox “Broker Əbülfəz” kimi məşhurlaşıb.
Redaksiyamıza verilən bilgiyə görə, Ə.Məlikovun MTN çetesi ifşa olunmazdan əvvəl A.Çovdarovla yaxın münasibətləri olub. Onun “çətiri”ndən istifadə etməklə rəhbərlik etdiyi MMC-də illərlə baş verən qanunsuzluqların araşdırılmamasına nail ola bilib. Ə.Məlikovun rəhbərlik etdiyi MMC-nin fəaliyyəti haqda xəbərlər isə həmişə neqativ olub. Yerli, hətta xarici iş adamlarının Azərbaycanın gömrük-keçid məntəqələrində bu MMC əməkdaşlarının soyğunçulu ilə üzləşməsi yeni fakt deyil. Bu reketçiliyin 20 ilə yaxınlaşan tarixi var.
Bu tarixin 5-6 ili məhz Ə.Məlikovun MMC-sinin fəaliyyəti dövrünə təsadüf edir. Rəsmi sənədlərdə “Trans Broker” MMC kimi qeydiyyatdan keçən qurum illərlə iş adamlarının kabusuna çevrilmişdi. Dövlət Gömrük Komitəsinin 2700 nəfər əməkdaşı olduğu halda, Əbülfəz Məlikovun “Trans Broker”ində 5 min nəfər çalışıb.
Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə “haqq” ödəmək məcburiyyətində qalıblar. Sahibkarların gətirdiyi mallar Əbülfəz Məlikovun brokerlərinin adına rəsmiləşdirilib, rüşvəti də sahibkarlardan bu yolla alıblar. Brokerlər ən müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq ediblər ki, bu da sonradan həmin malların qiymətlərinin bahalaşmasına səbəb olub. Sahibkarlardan yığılan rüşvət isə “Trans Broker” MMC-yə axıb. Buna görə brokerlərin hər birinə Ə.Məlkov 3-5 min manat “paket” maaş verib.
Ə.Məlikov bir tərəfdən sahibkarları soymaqla, digər tərəfdən isə büdcəyə çatası pulları müxtəlif fırıldaqlarla talamaqla hər il milyardlarla manatın şəxsi hesabına axmasını təmin edib. Bu baxımdan Ə.Məlikovun “öz sahəsinin Çovdarovu” da adlandırmaq olar. Onun həbsdəki odioz generala sədaqət nümayiş etdirərək BİT-ə “peredaça” yollaması da bu baxımdan anlaşılandı. 

E.Hüseynov              musavat.com

Комментариев нет:

Отправить комментарий