Olay quşu qanad çalır,
Kölgə düşür
Düşüncəmin otlağına...
O dəm yüksəlir baxışım,
Zirvədən
Baxır...
Baxır...
Sadəcə
Havadır quş qoruyan.
***
Çəmbəri qurmuş bir ilan...
Min ilandan oluşubdur bir ilan!!!
Quyruğu quyruğuna
Baş-başa...
Zəhirli xəndəyinin düz ortası
Gənc yaşında
Bir çiçək
Xoş qoxulu qərənfil o...
Güldürür,
Həm də gülür.
***
Xəzər...
Dəniz acıqlıydı,
Mən də acıqlı,
Bir dalğa o bağırdı
Bir dəniz də mən!..
***
Mənim təkin
Qaçmağa başlır ürəyimdə sənə sarı,
Sinəmin zindani
Bir meydan olur!
İnanmasan,
Başıvı qoy sinəm üstə
Dinlə ayaq səslərini...
***
Kaş yenə də,
Bir daha da
Dodağımın bucaqları
Üzümün yamacına dırmaşaraq
Bir-birindən küsəydilər...
Olalı küskün olar,
Gülüşlə mən
Barışaydıq.
***
Mənlə sən
Qovuşmada
Lab baş bucaqdaydıq gözəl,
Əl-ələ...
Üz-üzə...
Birlikdə...
Sonra qayırdın
Mahana naqqalasın
Çəkdin dərəcə ayrılığa!!!
Get bə get
Fasiləmız hey uzanır!!!
Sanki bir zaviyədir yollarımız
Həyatın müxtəsatında!!!
***
Yanındakən
A sevgilim,
Ürəyim volqan olur
Sarsılaraq...
Duyğuların sıcaqlığı,
Dağlığı
Əridir gür səsimi...
Sözlərim bulud-bulud buxar olur...
Gözlərim yağış-yağış
Yağır...
Yağır...
Nədən isə
Bacarmıram
Oxuyam
Yazdığım şeiri sənə!?
Pəs al oxu
Qoy oxusun şeir məni...
***
Bir dönüb baxdın
Və getdin...
O olaydan tapılan anlarda
Axtarıram
İki gözgü ortasında...
***
Tapanmıram!!!
Yox...
Yox...
Tapanmaram.
Axı mən
Özümü baxışında itirmişəm!
***
Sevdamıza
Sevgi paltarı tikdirən barmaqlara
Mən üsgüyəm,
Ta ki tək
Sənlə məni
Giciyin,
Pis görüşün,
Ayrılığın
Və həsrətin
İynəsinin soxulmasından
Qoruyam...
***
İçimdə ölmüş idin...
Tilfun zəng çaldı.
Alo...
Alo...
Səsin can doğdu,
Dirildin!
Bilmirəm...
Haçan öldürəcəksən məni!
Sadəcə
Bunu
Başa düşürəm:
(Səndən
İçimə
Addım atan hər bir zad
Gəbədir!!!)
***
Mən səni
Quylamışam keçmişimə...
İndilikdə yaşatmışam...
Gələcək, çin
Bəslədərək göyətmişəm...
Комментариев нет:
Отправить комментарий