18.05.2017

Budurmu vətənvərvərlik?

Rauf Qubadov

Xalqa qan udduran hakimiyyəti tərifləmək vətənpərvərlikdirmi?
Siravi əsgərin adını belə çəkməyənlər, niyə bu qədər şəhid verildiyi halda bir nəfər də hakimiyyəti təmsil edənlərin qohum-əqrabasının olmamasını dilə gətirməyənlər, sizdən soruşuram: generalliteti tərifləmək vətənpərvərlikdirmi?!
Niyə hakimiyyəti, hətta muxalifəti də bir qrup yerlilərin təmsil etdiyini dilinizə gətirmirsiniz? Azərbaycan əsilli qalan bir-iki nəfəri də gözümçıxdıya salmaq vətənpərvərlikdimi?
Hakimiyyətin və siyasətçilərin niyə ata-baba yurdlarının adlarını çəkə bilməsini, niyə ata-baba yerlərini yox, Azərbaycanı döyüş meydanına çevirmələrini deyə bilməyənlər, Dərbənddən dəm vurmaq vətənpərvərlikdirmi?!
Azərbaycanın sərvəti olan neftin hara getdiyini soruşa bilməyənlər, pomidor satanlara od puskurmək vətənpərvərlikdirmi?
30 ildi söz verib xalqı aldadanlara xalq üçün heç bur iş görmədiklərini deyə bilməyənlər adi feysbuk səhifəsində düzünü yazana irad tuturlar- budur vətənpərvərlik?!
Hazırki vaxtda polis-məhkəmə sisteminin azərbaycanlıları böhtanla şərlənməsini, əhalinin aclıq səviyyəsində yaşamasını, təhsilin pullu və çox yüksək olmasını, səhiyyə və digər sahələrdəki çatışmazlığı deyə bilməyənlər bütün bunların vaxtilə yuxarı səviyyədə olduğu SSRİ-ni pisləməkdə görürlər vətənpərvərliyi!
Azərbaycanlıların dünyada ən pis yaşadığı ölkənin Azərbaycan oldugunu deyə bilməyənlər azərbaycanlıların çox yüksək səviyyədə yaşadığı ölkələri pisləməkdə görürlər vətənpərvərliyi!
Guya bazar iqtisadiyyatı olan ölkədə biznes sahələrinin də elə dövlət məmurlarının əlində olduğunu, iş adamlarına heç bir şərait yaradılmadığını deyə bilməyənlər, elə onların xalqdan oğurladığı pulla açdıqları fabrik-zavodu təbliğ etməkdə görürlər vətənpərvərliyi!
30 ildi Azadlıq, Demokratiya, Müstəqillik deyildiyi ölkədə heç birisinin olmadğını, xalqın bu 30 ildə gün görmədiyini, müstəqil olandan cibində siçanlar oynadığını, təkcə bir qrup adamın müstəqil və firavan olduğunu deyə bilməyənlər, düz deyənə "Sən bizim müstəqilliyimizi, demokratiyamızı, azadlığımızı istəmirsən" deməkdə görürlər vətənpərvərliyi!
Bu əcaib-qəraib tendensiyalardan nə qədər istəsəniz yazmaq olar. Ardını özünüz davam edin...
Biz belə vətənpərvərliyə yox deyirik!..

Комментариев нет:

Отправить комментарий