Türkün türkdən başqa dostu yoxdur, ya türkün türkdən başqa düşməni yoxdur? Babək ilə Afşinin davası, osmanlı sultanı Bəyazid İldırım ilə Teymurun davası, sultan Səlim ilə Şah İsmayıl Xətainin davası, Qaraqoyunlu ilə Ağqoyunlu davası, Şah Təhmasibdən bu yana Səfəvi ilə Osmanlının davası. Deyirlənə görə, Qaraqoyunlu şiə olduğu üçün sünni Ağqoyunlularla döyüşürdü. Bəs sünni Ağqoyunlu ilə sünni Osmanlı niyə bir-birini qırırdılar? Bəs nə üçün sünni Teymur sünni İldırım Bəyazidi məğlub etdikdən sonra əsir götürüb qəfəsdə gəzdirirdi? 1429-cu ildə Qaraqoyunlu hökmdarı İsgəndərin qoşunu ilə Teymurilər hökmdarı Şahruh və Şirvanşahın birləşmiş qüvvələri arasında Salmas şəhəri həndəvərində döyüş oldu. Döyüş Qaraqoyunlu qoşununun məğlubiyyəti ilə başa çatdı. Atası Qara Yusifin ölümündən sonra taxta çıxan İsgəndər Qaraqoyunlu dövlətinin ərazisini genişləndirmək üçün bir neçə dəfə Şirvana hücumlar etsə də, istəyinə nail ola bilmədi. İsgəndərdən sonra hakimiyyətə gələn Cahan şahın dönəmində Qaraqoyunlu dövləti indiki İran və İraqın böyük hissəsinə hakim oldu. Qədim Azərbaycan dövləti olan Şirvanşahlar bu dəfə də öz mövcudluğunu qoruya bildi. Bu və bunun kimi minlərlə digər hadisələr “Türkün türkdən başqa dostu yoxdur” düşüncəsinin nə qədər yanlış olduğunu, dövlətdə din və millət anlayışı deyil, məhz dövlət maraqları olduğunu göstərir.
Комментариев нет:
Отправить комментарий