18.05.2017

Xazar xəracı haqqında

“Xazar xəracı haqqında rəvayət” qədim Rus nağılında maraqlı hadisə nəql olunur. Xazarlar slavyanların bir boyu olan polyanlardan xərac tələb edirlər. Lakin polyanların heç nəyi olmadığından xazarlara öz qılınclarını təklif edirlər. Xazarlar onlardan çoxlu qılınc yığıb öz hökmdarlarına gətirirlər. Xazar elində ağsaqqallar və başbilənlər heyrətə gəlirlər; xazarların qılıncları birtərəfli olduğu halda, polyan qılıncları hər iki tərəfi itilənmiş qılınclar idi. Xazarlar əvvəllər belə qılınclar görməmişdilər. Xazarların ağsaqqalları onlara deyirlər ki, bu yaxşı əlamət deyil və əsl xərac yığmağa layiq adamlar elə polyanlardır: “Bizim qılıncların bir tərəfi itilənib, onların qılınclarının isə hər iki tərəfi; biz yox, onlar xərac yığmalıdırlar- həm bizdən, həm də başqa ellərdən”.
Dastanda deyilir: “Və bu baş verdi, belə ki həmin sözləri onlar öz iradələrinə görə yox, Allahın iradəsi ilə deyirdilər”.

İbrahim Sel, «Avrasiya tarixi» kitabından

Комментариев нет:

Отправить комментарий