15.05.2017

Vahid Rus-Ariya kökümüz

Fəlsəfə elmləri doktoru İrina Sezar:

-Azərbaycanlıların genomunun tədqiqi göstərir ki, onlar İran-Persiyanın Rus-Ariya kökünə bağlıdırlar. Azərbaycanın qərb hissəsində Qazax adlı şəhər var. Qazax-Kazak Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Burada 5-ci əsrə aid tikili qalmışdır, amma qazıntılar şəhərin Rus-Ariya ilə bağlı qədim kassak-sak-skif tarixinə dəlalət edir. Üzə çıxan qədim artefaktlarda çoxlu kassak-kazak-sak-skif svastikaları vardır. Rus-Ariya svastikaları Azərbaycanın Borçalı və Qazax əyalətlərinin qədim xalçalarında da qrafik şəkildə əks olunmuşdur. Azərbaycan xalçaçılığında belə svastika elementlərinə “Dörd buynuz” və “Damğa” deyilir. Azərbaycanın digər guşəsində- Urmiya gölü ətrafında da Kazak adlı məntəqə vardır.  Həmin ərazidəki Həsənli təpədə qədim şəhərin qalıqları tapılmışdır ki, burada qazıntılar zamanı çıxan camlarda da Rus-Ariya svastika motivləri boldur və tapıntılar 2600 il əvvələ aid edilir. Bilmək vacibdir ki, eramızdan 2000 il əvvələ kimi rusiçlər, iranlılar, brahmanlar, azərbaycanlılar, ermənilər, alanlar vahid Rus-Ariya xalqını təşkil edirdilər. Bir müddət sonra parçalanma getsə də, subkulturaların Rus-Ariya kökü dəyişməz qalmışdır.

Комментариев нет:

Отправить комментарий