Məclisim olsa mənim məclisi-meyxanə kimi,
Eyləyərdim yenə bu zahidi məstanə kimi.
Məst edərdim onu bir badeyi-nab ilə yenə,
Qalmaz idi dəxi bir də meyə biganə kimi.
Nə bilir zahidi-xudbin nədir ol xətti-siyah,
Kim olub afəti-dövran ləbi peymanə kimi.
Tiri-müjganə nisar etməyə can eyləmədin,
Yanmadın şəmi-şəbi-ləlinə pərvanə kimi.
Sənə bu mədrəsədə aşiq olanlar cox olub,
Sözüvü ayə sanırlar, səni fərzanə kimi.
Nə güzar eyləmisən dəştdə Məcnun sayagı,
Nədə vəsf eyləmisən afəti əfsanə kimi.
Sabit istər ki görə zahidi hal ilə yenə,
Düzəcək dəstinə mey şişəsi səddanə kimi.
Комментариев нет:
Отправить комментарий