19.05.2017

Günahı onda-bunda axtarmayaq

Ramin Qardaşxanov:
-Mən Qarabağ döyüşlərində Mardakertin alınmağından tutmuş Ağdamın, Fizulinin satılmasına kimi Qarabaşın çox kəndində vuruşmuşam və and olsun tək olan Allaha ki, orda bircə dənə də ya rus əsgərini sağ və ya meyidini görmədim. Elə olurdu ki, 1994-cü ilin qış aylarında müxtəlif istiqamətlərdə 15-20 km irəliləyərdik və ya 5-6 km geri çəkilirdik, o qədər meyidlərin içində bircə dənə də olsun nə rus gördüm, nə də ki bir sarı millət. Snayperlər var idi ermənilər tərəfdən, onlar da deyilənə görə latışlar idi. 500-600 erməni meyidləri içində heç olmasa bircə rusa oxşar meyid görsəydim, yenə də inanardım ki ruslar da vuruşublar. Bircə onu bilirəm ki Qarabağ bizim satqın siyasətçilərimizin sayəsində işğal olundu. Gəlin günahı onda-bunda axtarmayaq. Biz əsl bəlamızı öz içimizdə axtaraq. Kimi hakimiyyətə gəlmək üçün, kimi hakimiyyəti kiməsə təhvil vermək üçün qurulan ssenarilər idi. Şükür ki hamımız dünya görmüş insanlarıq, sadəcə olaraq həqiqəti həzm edə bilməyib onu bunu günahlandırıq. Ən azından son 25 ildə gedən prosesləri analiz etmək lazımdır. Özümüzə sual verməliyik ki, niyə rus bizi dəstəkləmirdi Qarabağ məsələsində (əgər belədirsə!). Amerikanın siyasətini yerinə yetirib iki böyük qonşumuzla düşmən mövqeyində olduq. Qonşularımızla elə siyasət yeritməliyik ki qonşu bizə əyri baxmasın. Amerika haranın itidirki gəlib Rusiyanın qulağının dibində hegomonluq etmək fikrinə düşsün?! Təbii ki Rusiyanın da öz maraqları və milli təhlükəsizliyi var.

Комментариев нет:

Отправить комментарий