Tibbi turizm- turizmin elə bir sahəsidir ki, vətəndaşların xaricdə müalicəsini təşkil edir. İnsanların ölkədən kənarda müalicəyə ehtiyaclarının müxtəlif səbəbləri vardır. Tibbi turizmdən istifadə edənlərin böyük bir hissəsi yaşadığı ölkədə təkmilləşmiş müalicə əldə edə bilməyən pasiyentlərdir. Bu pasiyentlər konkret müalicə metodları (tibbi turizm), xəstəlilklərin müayinəsi və diaqnozu (diaqnostik turizm), xarici görünüşün bərpa edilməsi və yaxşılaşdırılması (bərpaedici turizm) üçün qonşu ölkələrə, eləcə də uzaq qitələrə üz tuturlar.
İqtisadi cəhətdən inkişaf etmiş zəngin ölkələrdə müalicə xərcləri çox bahadır. İş yeri olan bir çox pasiyent bu xərcləri qarşılamaq üçün tibbi sığorta ödəyə bilmir. Kardiocərrahiyyə, budun və diz oynaqlarının implantasiyası kimi bahalı əməliyyatların xərclərini öz ölkəsində qarşılaya bilməyən xəstələr dünyanın hər yerində ciblərinə uyğun və eyni zamanda yüksək keyfiyyətli tibbi xidmət axtarırlar. Hətta Böyük Britaniya və Kanada kimi sosialyönümlü səhiyyəyə malik ölkələrin vətəndaşları belə tibbi xidməti başqa ölkələrdə axtarırlar.
Müasir dövrdə səhiyyə iqtisadiyyatın bir qolu olduğuna görə bir çox ölkələr tibbi turizmə investisiya yatırırlar. Onlar yüksək səviyyəli mütəxəssislər hazırlayır, müasir tibbi-texniki avadanliqlarla təchiz olunmuş klinikalar tikirlər. Türkiyə, Hindistan, Sinqapur, Tailand və Latın Amerikası kimi turizm sahəsində inkişaf etmiş ölkələri bu sıraya aid etmək olar.
Belə siyasət pasiyentlərə- bu ölkənin qonaqlarına təkcə öz sağlamlıq problemlərini həll etməyə deyil, eyni zamanda istirahət etməyə və yerli tarixi mədəni abidələrlə tanış olmağa imkan yaradır.
Digər kütləni isə kasıb və tibb sahəsində o qədər də inkişaf etməmiş ölkələrdən (məs. MDB) gələn pasiyentlər təşkil edir. Onlar üçün tibb sahəsində inkişaf əldə etmiş ölkələrə müraciət etmək- düzgün diaqnoz və reablitasiya üçün yeganə ümid yeridir. Bu baxımdan Almaniya, İsrail, İsveçrə, Avstriya və Fransa kimi ölkələrdə onkologoya, kardiocərrahiyyə, ortopediya, beyin cərrahiyəsi sahəsində mülicə üçün böyük tələbat var.
Nəhayət tibbi turizmə müraciət edən ən böyük kütlə kurortlarda müalicəsini davam edən, stomotoloji müalicə alan və plastik əməliyyat olunan pasientlərdir. Tibbi turizm artıq tibbi xidmətlə yanaşı daima, yeni oyunçularla yenilənən, ciddi rəqabət şərtləri ilə topluma xidmət edən və sərfəli biznesə aid bir təcrübədir. Müasir dövrdə tibbi xidmət öz infrastrukturunu (tibbi idarəetmə, akkreditasiya orqanları, tibbi turizm agentlikləri və turoperatorları, tibbi səyahət sahəsində mütəxəssislər) yaratmışdır. Hətta maliyyə krizi şərtləri altında belə tibbi turizm inkişaf edir, milli səhiyyə sisteminə və sığorta kompaniyalarının fəaliyyətinə müsbət təsir göstərir ki, bunun da əsasını müraciət edən pasiyentlərin klinikalara ödədiyi məbləğ təşkil edir. Müasir dövrdə iqtisadi rəqabətdə tibbi turizmin öndə olması yeni texnologiyalarla pasiyentlərə xidmət hesabına tibbin sürətlə inkişaf etməsinə səbəb olmuşdur.
Tibbi turizm müasir səhiyyə sisteminə yeni anlayiş gətirib. Yaşadığı ölkədə sağlamlıq problemlərini həll edə bilməyən pasient asanlıqla istənilən ölkəni, həkimi və klinikanı seçə bilər, hansı ki bu seçim ona ən müasir müayinə və müalicəni vəd edir.
21-ci əsr tibbinin devizi - “Sərhədsiz pasiyent!”
Bizimlə növbədən kənar, beynəlxalq akkreditasiyası olan klinikalarda müayinə oluna və müalicə ala bilərsiniz!
www.rumedland.com
https://www.facebook.com/rumedland/
Whats App, Viber +7 929 552 42 52
Комментариев нет:
Отправить комментарий