Fikir verirəm ki rusdilli əhali azalır, rus dilini yavaş-yavaş sıxışdırıb aradan aparmaq istəyirlər.
Rus bölmələri azdır, get gedə də azaldılır. Rayonlarda vəziyyət lap bərbaddır. Rus dilində təhsil alanlar olsa da, get-gedə bu əhatəni daraldırlar.
Rus dilli əhalini məqsədli şəkildə azaldılır. Niyə?
Bu əhalinin "tupoylaşdırma" siyasətinin istiqamətlərindən biridir.
Rus dilini bilmək böyük bir elm dünyasına çıxmaq deməkdir.
Yüz minlərlə kitablar, klassik əsərlər, mütəfəkkirlərin əsərləri rus dilindədir. Azərbaycan dilinə bunlar tərcümə olunmayıb.
Rus dilində çox maraqlı elmi televiziya verilişləri var, alternativ fikirlər var. Özü də birtərəfli deyil, hərtərəfli fikirlər söylənilir, bəhslər açılır. Rus dilini aradan aparmaqla əhalini məcbur edirlər ki ancaq Azərbaycan və Türkiyədən gələn məlumatları oxusunlar. Burda da nə elm var, nə də bəhs. Rus dilinə isə hətta xarici elmi verilişlər tərcümə olunub efirə verilir.
Rus dilini bilən şəxsin həqiqətən də dünya elminin xəzinəsinə açarı olur.
Şəxsən mən seçim qarşısında qalsaydım hansı dili seçim, rus, ya ingilis- rus dilini seçərdim. Böyük klassik əsərləri, Tolstoyu, Dostoyevskini, Qogolu, Çexovu, Şoloxovu gərək rus dilində oxuyasan. İngilis dilində məsələn bunların yanında qoyulası bir şey yoxdur.
Nə yazıq ki elə bir zəmanəyə çatmışıq, Azərbaycanda əhali nəinki rus, heç öz doğma dilini əməlli-başlı bilmir...
Комментариев нет:
Отправить комментарий