27 fevral 1933-cü ildə hitlerçilər Reyxstaqı yandırdılar və bunu kommunistlərin üzərinə yıxdılar. Bundan istifadə edən hitlerçilər ölkənin tamhüquqlu sahibinə çevrilmək üçün radikal addımlar atdılar. Onlara müxalifətdə olan kommunist və demokrat partiyaların 4,5 min üzvü, eləcə də Reyxstaqın deputatları həbs edildi. Bir çox konstitusion hüquqlar- mətbuat və yığıncaq azadlığı, əmlak, şəxsiyyət və yazışma toxunulmazlığı ləğv olundu. 1 mart 1933-cü ildə qəbul edilmiş dekretə əsasən “dövlətə qarşı silahlı mübarizəyə təhrik etmə” və “kütləvi tətilə təhrik etmə” cinayət sayıldı. Hitlerçilər 24 mart 1933-cü ildə Reyxstaqdan yeni qanun keçirməyə nail oldular ki, bu qanun yeni hökumətə imperiya qanunları, o cümlədən konstitusiyaya zidd olan qanunlar qəbul etmək hüququ verirdi. 14 iyul 1933-cü ildə verilən qanunla isə NSDAP ölkənin tək partiyası elan olundu, bütün digər partiyalar qadağan edildi, ölkədə partiya yaratmaq və digər partiyaları dəstəkləmək cəhdinə görə cəza müəyyənləşdirildi. Beləliklə, hitlerçilər ölkəni SSRİ ilə müharibəyə tam hazırladılar ki, onlara bu işdə heç kəs mane olmasın.
Комментариев нет:
Отправить комментарий