04.02.2019

Rem olmasaydı, Hitler siyasi pyedestala qalxa bilməzdi. Amma Hitler hakimiyyətə oturandan sonra onun ilk qurbanlarından biri elə Rem oldu. Hitler SA-nın bütün rəhbərliyini qırdı və təşkilatı sıradan çıxardı. Artıq “milli inqilabdan” (Hitlerin 30 yanvar 1933-cü ildə reyxskansler təyin olunmasını hitlerçilər belə adlandırırdılar) bir neçə ay sonra SA sıralarında narazılıq baş qaldırmışdı. Hitlerin beynəlxalq yəhudi dairələri tərəfindən maliyyəşdiyini öyrənən Rem onu öz yaxın ətrafında satqın adlandırırdı. SA-çılar “millətçi inqilab” yox, “əsl sosialist inqilabı” istəyirdilər. 30 iyun 1934-cü ildə Hitler “Uzun Bıçaqlar Gecəsi” təşkil edərək onun məkrli planlarına mane olmaq istəyən SA rəhbərliyini qırdırdı. Rem və ətrafı həbs olundu və təcili surətdə güllələndi. “Uzun Bıçaqlar Gecəsində” təkcə SA-çılar yox, Hitlerin digər siyasi opponentləri də öldürüldü. Bu aksiyada hitlerçilər ümumilikdə 7 min nəfər əksəriyyəti NSDAP üzvü olan şəxsi qırdılar ki, onlar Hitlerin Almaniyanı müharibəyə qatmaq, xalqı məhvə sürükləmək planlarına mane olurdular. “Uzun Bıçaqlar Gecəsində” Hitlerdən əvvəlki alman reyxskansleri, sol yonümlü, sahibkarların həqarətlə “aqrar bolşevik” adlandırdığı Kurt fon Şleyxer də öldürüldü (həyat yoldaşı ilə birgə evində güllələndi). Bundan sonra faşistlərin ideologiyasında sosialist tərəf arxa plana keçdi, millətçi tərəf üstünlük təşkil etməyə başladı.

Комментариев нет:

Отправить комментарий