12.02.2019

Alman işğalı dövründə Polşada və Qərbi Ukraynada sionist qəzetləri azad nəşr olunurdu. Sionist təbliğatı faşistlərə o dərəcədə sərf edirdi ki, onlar sionist qəzetlərini heç yerdə bağlamırdılar, əksinə geniş tirajla çıxmalarına şərait yaradırdılar. Gettolarda çıxan qəzetlərdə yəhudi yazarlar öz soydaşlarını itaətə və əməkdaşlığa çağırırdılar. Yudenrat qəzetləri faşist genosidini “yəhudi əhalisinin tərbiyələndirilməsinə qayğı” adlandırırdılar. 1 aprel 1942-ci ildə Lvovda çıxan sionist qəzetində deyilirdi ki, faşist düşərgələrindəki “əmək tərbiyəsi sayəsində yəhudi millətinin dirçəlişi baş verəcəkdir”. Sionist liderləri yəhudilərə gettolarda yaşamağın xeyrini belə başa salırdılar ki, ayrıca qruplaşmaqla yəhudilər başqa xalqların içində əriyib itməyəcəklər, idarəçilik ənənələrinə yiyələnəcəklər və yəhudi mədəniyyətini yad təsirlərdən qoruyub inkişaf etdirəcəklər. Öz gettolarında yəhudilər polisdə, poçtda, şəhər transportunda və s. işləyərək püxtələşirdilər ki, bu sənətlər gələcəkdə qurulan İsrail dövlətində sionistlərə lazım olacaqdı.

Комментариев нет:

Отправить комментарий