12.02.2019

İkinci Dünya Müharibəsi ərəfəsində sionistlərlə faşistlər geniş masştabda əlaqə yaratmışdılar. 1930-cu illərdə Üçüncü Reyx Avropadakı sionist fəaliyyətinin əsas mərkəzinə çevrilmişdi. Yəhudi Agentliyi Berlində Fələstin Bürösu açmışdı. Geniş və hərtərəfli struktura, hüquqi, iqtisadi və s. şöbələrə malik Büronun 1936-cı ildə Almaniyada 22 mərkəzi yaranmışdı və Reyxin 350 vilayətində fəaliyyət göstərirdi. Rəhbərlərindən birinin İsrailin gələcək baş naziri Levi Eşkol olduğu həmin Büro da digər sionist təşkilatları kimi Gestapo ilə sıx əlaqəli şəkildə işləyirdi. Büro yəhudiləri çeşidləməklə məşğul idi: kimin Fələstinə, kimin konslagerə gedəcəyi burda müəyyənləşirdi. Con və Devid Kimçi qardaşları “Gizli yollar” kitabında göstərirlər ki, Fələstindən gəlmiş emissarlar alman yəhudilərini xilas etmək üçün yox, onların içindən atıb vuran yəhudiləri seçib aparmaq üçün gəlirdilər. “Pioner” adı qoyduqları bu qrup sionistlərə ərəblərlə vuruşmaq üçün lazım idi. Xayns Xene sənədlər əsasında göstərir ki, alman kəşfiyyatı Fələstinə göndəriləcək yəhudilərə hərbi-idman məşqləri keçmək üçün təlim bazaları yaratmışdı. Alman kəşfiyyatının yəhudi şöbəsinin rəhbəri fon Mildenştayn sionist təşkilatlarının bu sahədəki fəaliyyətinə xüsusi qayğı ilə yanaşırdı. Sionistlər Henrix Himmlerin rəhbərlik etdiyi daxili işlər nazirliyi ilə bir neçə gizli müqavilə başlamışdılar; bu sövdələşmələr əsasında sionistlər köçürüləcək yəhudi gəncləri arasında sistematik ideoloji iş aparırdılar. Berlin arxivindən Bavariya gestaposu şefinin direktivi üzə çıxmışdır ki, direktivdə sionistlərə hərtərəfli yardım etmək tapşırığı verilir. Sionistlərə şərait yaradılmışdı ki, ölkə boyu gəzərək yəhudi gənclərini Fələstinə köçmək üçün dilə tutsunlar və hazırlasınlar. Gestapo instruktorları xüsusi düşərgələrdə yəhudi gənclərinə ivrit dili öyrədir, hərbi təlimlər keçir və kənd təsərrüfatı bacarıqları mənimsədirdilər. Nasistlər hətta yəhudi gənclərinə təlim keçmək üçün xristian monastırlarını belə boşaldırdılar.

Комментариев нет:

Отправить комментарий