04.02.2019

 İkinci Dünya Müharibəsində almanlar Qərbli ağalara qurbanlıq qoyun kimi lazım idi. Müharibə zamanı yaralı əsgərlərə hətta doğru-düzgün tibbi yardım da göstərilmirdi. Əsirlər danışırdılar ki, zabitlər yaralı əsgərləri öldürməyi əmr verirdilər. Müharibənin ilk aylarını çıxmaq şərti illə ordunun ərzaq təminatı bərbad vəziyyətdə idi. 305-ci alman piyada diviziyasının əsgəri öz gündəliyində göstərirdi ki, onları yarıac-yarıtox marşa göndərirdilər: “Verilən cüzi və zəif ərzaq payını yekəpər əsgərlər əlimizdən alırdlar, az qala ağzımızdan qapırdılar. Yemək üstündə tez-tez dava düşürdü. Qarın üstündə uzanıb zarıyan yaralılara baxan yox idi. Hamımızın əsəbləri gərilmişdi”. Amma Almaniyada ordunun müvəfəqiyyətləri haqqında təbliğat maşını var gücü ilə işləyirdi. SS tank diviziyasının sürücüsü Verner Zalbek bildirirdi ki, üç həftə yerimizdən tərpənə bilmədik və çoxlu itkilər verdik, amma müxbirlər bizim sürətlə irəliləməyimizdən yazırdılar: “Təbliğat tağımı saxta xəbərlər fabrikasiya edirdi. Biz hansısa yaşayış məntəqəsini tutanda zabitlər yerli sakinləri dağılmış və xaraba evlərin yanına yığırdılar, onların əyninə cır-cındır geyindirirdilər, fotoqrafları çağırıb şəkillərini çəkdirərək alman mətbuatına çıxarırdılar və altına yazırdılar: Rusiyada belə yaşayırlar”.

Комментариев нет:

Отправить комментарий