07.05.2021

Blinkenin “Ukrayna ABŞ-a məxsusdur” mesajı

✅ Baş ofisdən filiala reviziyaya gələn vəzifəli şəxs qismində Ukraynaya təşrif buyurmuş ABŞ Dövlət Departamentinin rəhbəri Blinken çaparaq tədbirlərdə iştirak etdi, ayaqüstü tapşırıqlarını verdi və evə qayıtdı. 
Bu barədə xəbərləri oxuduqca yeni heç nəyə rast gəlmək olmadı. Necə deyərlər, köhnə hamam, köhnə tas. Yenə də eyni sözlər. Ümumi tezis isə belədir: Hər şeydə günahkar Rusiyadır. Lap «Барбоскины» multfilmi yadıma düşdü. Orada deyildiyi kimi, «Во всем виноват зайка».
✅ Blinken Kiyevdə olarkən öz atalığının xolokostdan necə əziyyət çəkməsi barədə ürək ağrısı ilə danışırdı. Amma cəsarəti və vicdanı çatmadı ki, Sovet qoşunlarının onu xilas etməsi barədə danışsın. Bunu ondan gözləmək də sadəlövhlük olardı. Çünki onun səfərindən öncə və zamanı faşist təşkilatlarının keçirtdiyi yürüş barədə də heç nə danışmadı. 
Ümumiyyətlə Blinkenin Ukrayna səfəri heç bir tərəfə yeni heç nə vermədi. Bu səfər hər iki tərəf üçün xarici siyasətdə uğur kimi qiymətləndirilə bilməz. Çünki onsuz da bu səfərə qədər Ukraynada dövlət idarəetməsinin bütün sferaları ABŞ-ın nəzarətində idi. Bu görüşdən nə ABŞ, nə də Ukrayna yeni heç nə əldə etmədilər. Bu səfəri məhz ukraynalı analitik Dmitriy Spivak yaxşı qiymətləndirdi. O televiziya şoularının birində dedi ki, bu səfər sadəcə Blinkenin Avropa səfəri zamanı araya salınıb gecələmək üçün Kiyevə gəlməsi, eyni zamanda reviziya etməsi və dünyaya “Ukrayna ABŞ-a məxsusdur” mesajını vermək məqsədi daşıyırdı.
Ukraynalıların və ümumiyyətlə sonuncu Maydan hadisələrini izləyənlərin yaxşı tanıdığı Viktoriya Nuland Parlament fraksiyalarının rəhbərləri ilə görüşdə Poroşenkonun NATO-ya üzvlük məsələsini qaldırmasına münasibət bildirərkən, “NATO-ya üzvlük məsələsini tələsdirmək lazım deyil, siz daha çox islahatlar həyata keçirməlisiniz” deməsi maydançılar üçün bir başqa cür “elektroterapiya” oldu. 
Bir sözlə cənab revizor və komandası Ukraynaya nə sülh vəd etdi, nə də müharibə. Müxtəlif sözlərlə başa saldı ki, belə bir status-kvo bizi (ABŞ-ı) qane edir. Ona görə də əl-ayağa düşməyin mənası yoxdur. Əgər əl-ayağa düşüb bizim maraqlarımıza toxunan hərəkətlər etsəniz, Nuland bacını yenidən Kiyevə kökə paylamağa göndərəcəyik.


Cəmil Şirvanov
@turan_ekspressi

Комментариев нет:

Отправить комментарий