07.05.2021

Erməni polkovnik: Elə ki eşidirdik “Yaşma” gəlir, həmin postu döyüşsüz tərk edirdik

"Bəli, biz onlardan zəif idik bunu etiraf etmək lazımdır. Nə artileriyası, nə PUA-sı, nə də digər qüvvələri göz açmağa imkan vermirdi".
Qalanews Armnews-a istinadən xəbər verir ki, bu sözləri təhlükəsizliyi səbəbi ilə adının açıqlanmasını istəməyən erməni ordusunun polkovniki söyləyib.
"Bizə 1-2 ayın əsgərlərini gətirib verirdilər ki, irəli gedək. Avtomatını iki dəfə əlinə almış əsgərdən mən nə tələb edə bilərəm? Göz görə-görə onları ölümə tərk etməliydim? Bizim xüsusi təyinatlılar azərilərin xüsusi təyinatlıları ilə açıq döyüşə girmək istəmirdilər. Elə ki eşidirdik "Yaşma" gəlir, həmin postu döyüşsüz tərk edirdik. Ərzaq təminatımız demək olar ki, yox idi. Gətirib döyüş gedən ərazidən 3-4 km kənara boşaldırdılar, deyirdilər qüvvə göndər gəlib aparsın. Yemək istəyirsənsə, gərək PUA-rın zərbələri altında o yolu qət edəsən".
"Bizə əlavə qüvvə göndərdilər ki, mövqelərimizi gücləndirək. Kim deyir ki satqınçılıq olub, yalan sözdür. Heç bir postu satqınçılıqla verməmişik. Bir bölmənin ki, 70 faizi artıq həlak olub, geridə qalan qüvvə ilə döyüşə atılmaq axmaqlıqdan başqa bir şey deyil. Mənim rəhbəri olduğum hissənin yarıdan çoxu həlak olmuşdu. Köməyə gələn tankları da, qarşı tərəfin (Azərbaycanın) PUA-rı vururdu"- deyə o bildirib.

Комментариев нет:

Отправить комментарий