Ermənistan Müdafiə nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Arsrun Ovannisyanın ABŞ-a qaçdığı və orda yaşadığı üzə çıxıb.
Arsrun Ovannisyan sosial şəbəkədəki cigar.am qrupunda ABŞ-dan əlində amerikan istehsalı olan avtomat və bahalı siqar olan şəkillər paylaşıb.
Ovannisyanın ABŞ-a qaçması barədə tanınmış rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da öz səhifəsində bildirmişdi. “Los-Anceles reysinin sərnişinləri Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Ovannisyanı görüblər. O bacısı ilə Qətər reysi vasitəsilə uçurdular. Təyyarədə xeyli adam vardı. Hamı ona qışqırırdı. Amma o məhəl qoymurdu – şahid dedi”, – İqor Korotçenko çatdırmışdı.
Ovannisyan erməni hərbi təbliğatının ruporu sayılırdı. Müharibə dövründə “Qaçmırıq, taktiki geri çəkilirik” bəyanatları ilə məşhur olan müdafiə nazirliyinin sözçüsü müharibədən sonra ermənilər tərəfindən sosial şəbəkələrdə söyülürdü və öldürülməklə hədələnirdi.
“Arsrun Ovannisyan 44 gün müharibə ərzində öz xalqını ələ saldı və ABŞ-a qaçdı. O cəbhədə baş verənlərlə bağlı nağıl danışmaqla bizi aldatdı və indi kef çəkir”- erməni mətbuatı yazır.
Müharibədən sonra Ovannisyan bəyanat vermişdi ki, Yerevanda yaşamaqda davam edəcək, lakin bir müddət sonra ölkədə olmadığı üzə çıxdı. Onun ABŞ-da bahalı mənzil aldığı barədə də məlumatlar yayılıb. Bəzi internet istifadəçiləri onun ABŞ-a Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın köməyilə qaçdığı barədə fikirlər səsləndiriblər.
Turan Ekspress teleqram kanalı
@turan_ekspressi
Комментариев нет:
Отправить комментарий