Bizim toplum gücə sitayiş etməyi sevir. Heç təsadüf deyil ki, əksəriyyətimiz korrupsioner, rüşvətxor birisinə nifrət etmək əvəzinə onun yerinə olmağı arzu edir. Belə adamları məclisində yuxarı başda oturdur.
Qızının “həri”sini belə bir qohumu ilə məsləhətləşmədən vermir və s.
Azərbaycanda heç bir vaxt antisemitizm olmayıb (İnşallah, gələcəkdə də olmaz).
Tam əksinə, xüsusilə də, müstəqillik dönəmindən bəri yəhudilərə qarşı güclü simpatiya olub. Bu simpatiyanın bir çox səbəbləri var. Azərbaycan dövlətinin İsraillə əla münasibətlərinin olması, İsrailin bu münasibətlərdən dolayı ölkəmizdə kifayət qədər güclənməsi və əlindəki imkanlardan istifadə edərək media ilə, xüsusilə sosial media ilə əla işləməsidir.
Lakin əsas səbəb başqadır. Azərilərin yəhudilərə əsas simpatiya səbəbi zehinlərində yəhudilər haqqında formalaşan düşüncələridir.
Yəqin siz də toyda-yasda “dünyada bir nəfər də olsun kasıb yəhudi yoxdur” tipli söhbətlərə qulaq şahidi olmusuz. İsrailin cənnət olması haqqında isə sadəcə əfsanələr dolaşır. Vacib deyil bu söhbətlər nə qədər doğrudur, əsas odur ona bütövlüklə inanırlar.
Güclü, pullu yəhudi lobbisi haqqında məlumatlar... “rak xəstəsi olmayan ölkə, ölünü dirildən İsrael səhiyyəsi, bircə nəfər kasıbı olmayan millət” haqqında dolaşan əfsanələr azərilərin beynində öz işini görüb.
“Qarabağ səmasında harop belə süzdü, Netenyahu bizi görəndə ürəyi gedir” tipli söhbətlər sadəcə bəhanədir.
Комментариев нет:
Отправить комментарий