16.05.2021

İsrail təhlükəsizliyinin bizim əxilərdən öyrənəcəyi çox şey var

İlkin Nəcəfov

Ən müasir texnoloji vasitələrə, dünyanın ən güclü təhlükəsizlik, kəşfiyyat sisteminə malik, Qəzza sektorunu həm dəniz, həm də qurudan 10 illərdir blokadada saxlayan İsrailin gözündən yayındırıb 10 minlərlə raket, silah, sursatı oraya gizli şəkildə çatdıran Iran bizə gələndə "əfəllik" edir. 
Qəzza sektorundan fərqli olaraq Azərbaycan və Ermənistanla birbaşa quru sərhəddi olan mollalar düşmənimizə silah verəndə bizdə "radara" düşürlər.
Ölkəmizin təhlükəsizlik strukturlarının deyil, sosial şəbəkə qəhramanlarımizın ağzı köpüklənərək etdikləri gülünc və sərsəm böhtan "radarlarına". 
İsrail təhlükəsizliyi gəlib düşmən silahlarının daşınma trafikini uğurla aşkarlama metodlarını Hamam Times, Double Fun, Aslan İsmayılov, Günaz kimi "peşəkar"lardan, işi, gücü "sponsorlu" olaraq İranı söymək olan bir sıra "əxi", etnik millətçilərdən öyrənsinlər.

















Комментариев нет:

Отправить комментарий