“Nikol Azərbaycan ordusunu gücünü bərpa etməsi və Sünikin təslim edilməsi üçün 6 aylıq möhlət istəyib”.
Bunu Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan barədə barədə siyasi analitik Ağasi Yenokyan bildirib.
Yenokyan qeyd edib: “44 günlük müharibədən sonra Azərbaycan ordusunun da tükəndiyini heç xatırlayırsınız? Yadınızdadırmı, 44 günlük müharibədən sonra Nikol vəziyyəti həll etmək üçün 6 ay möhlət istədi? Nikolun 44 günlük müharibənin nəticələrini 6 ay ərzində aradan qaldıracağına söz verdiyini və yol xəritəsi təqdim etdiyini xatırlayırsınızmı? İstər-istəməz o 6 aylıq möhlət aldı və heç nə etmədi. İqtisadi problemlər həll olunmayıb, ölkədə inflyasiya, işsizlik və yoxsulluq tüğyan edir. Təhlükəsizlik məsələləri həll olunmayıb, ordunun məhvi daha da sürətlə davam edir, hətta sərhəd mövqeləri də qurulmayıb. Ancaq 6 ayda Azərbaycan ordusu özünə gələ bilib və indi müharibəni davam etdirə bilib”. /pravda.az/
Комментариев нет:
Отправить комментарий