05.05.2021

Qaralama kampaniyasının yeni sezonuna start verilib

Qoşqar Həsənov

Hal-hazırda tv-lərdə göstərilən 150 bölümlük serialların cəmisi bir sezonuna baxsaq kifayət edir. Gələn sezonlarda, gələn bölümlərdə sadəcə dəyişən- baş rol aktyoruna düşmən obrazında olan aktyorlar olur. Sezon sonu o düşmən öldürülür, növbəti sezon başlayır- fərqli düşmən obrazları işə düşür. Amma hadisələr elə 1-ci sezondakı kimi başlayır, elə həmin cür də bitir.
Sosial şəbəkələrdə özümü eynən bu cür serialları izləyirəmmiş kimi hiss edirəm.
Biri çıxır İrana iftira atır- 3 gün sosial şəbəkələrdə gündəm olur. Sonra ona cavab verilir, saxta xəbər olduğu sübuta yetirilir. Növbəti gün növbəti yalan ortalığa çıxır. Növbəti dezinformasiya dövriyyəyə buraxılır.
İranda İslam İnqilabı qurulan gündən bu günə bu cür davam edir. Hər dövrün özünə uyğun vasitələri ilə bu işi görürlər. Dezinformasiya müharibəsini, qaralama kampaniyasını bir zamanlar qəzet, jurnal, tv və radiolarla həyata keçirirdilər, sonra sosial şəbəkələrlə aparmağa başladılar.
İndi elə bir zamandayıq ki, bu iftiraları artıq yuxarıda saydığım bütün vasitələrlə edirlər.
12 ildir facebook-dan istifadə edirəm... 10 ildir siyasətlə, hadisələrin pərdəarxası ilə, məsələlərin kökü ilə maraqlanıram- hələ də sezonun finalına çıxa bilməmişəm.
Ölsün də bu filmin rejissoru day! Qırılın qurtarında day!
Sizə növbəti sezonun yeni fraqmentlərini təqdim edirəm.
Dağlıq Qarabağın tam alınmamasına səbəb İran və Rusyanın narkotika ticarəti olubmuş. Okazıvetsa orda əkib, becərib dünyaya satırlarmış!
İrana məxsus tırlar Xankəndinə hansı yükü daşıyır?















Комментариев нет:

Отправить комментарий