07.05.2021

Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər - SENSASİYA

Demək olar ki, bütün eks nazirlərin, yüksək vəzifəlilərin Xızıda villası var. Onların bəziləri Abel Məhərrəmovla Ramiz Mehdiyev kimi hasar qonşularıdır.
pravda.az-ın verdiyi xəbərə görə, istefaya göndərilən məmurlar bu günlərdə Xızıda “konsey” təşkil ediblər. Görüşə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla yanaşı, baş nazirin eks müavini, “Qaçqınkom” kimi tanınan Əli Həsənov da qatılıb.
Kreslosundan ayrı düşən digər Əli də (Əli Abbasov) adaş və həmqismətlərinin müzakirələrinə qoşulub. Sadalanan “Əli”lərin bir yerə toplaşmağı heç kəsdə təəccüb yaratmasa da, görüşdə Əli İnsanovun da olması müzakirələrin ən maraqlı tərəfidir. Bir vaxtlar hansısa yollarla hakimiyyətə gəlməyə çalışan Əli İnsanov həbsxanadan “mujik” kimi çıxandan sonra Haqq Ədalət Partiyası yaratdı və Prezidentliyə iddiasını bir daha ortaya qoydu. HƏP liderini müzakirələrə dəvət edənlər isə, 2005-ci ildə sevincək halda onu zindana yola salanlardır. Eks səhiyyə naziri də bunları bilir. Deməli, “Xızı görüşü”ndə İnsanova cəlbedici görünən təkliflər, yaxud planlar var.
Əldə etdiyimiz digər informasiyaya görə, isə Əli Həsənov ötən ay hüquq mühafizə orqanlarının zirzəmisini görüb və dindirilib. Cəmi bir həftə sonra Əli Həsənovun “kurasiyası”nda olan “Dalğa Tv” bağlandı.
Sözügedən görüşdə əsas müzakirə mövzularından biri də Azərbaycanda aparılan kadr islahatları olub.
Çünki istefaya göndərilən heç bir məmur, barəsində cinayət işinin açılmayacağı ilə sığortalanmayıb. Yəni adlarını çəkdiklərimiz dəmir barmaqlıqlar arxasına düşməmək üçün dəridən-qabıqdan çıxırlar. Belə çıxır ki, onların Xızıdakı əsas müzakirə predmeti azadlıqda qalmaq olub. Ramiz Mehdiyev və Abel Məhərrəmovun da qatıldığı görüşün diskussiya mövzularından digəri “Mətbuatda ictimai rəyi kim formalaşdırırır?” sualına cavab axtarışı olduğu bildirilir.
Əldə etdiyimiz məlumatları analiz edəndə, həqiqətən də görüşün baş tutduğu sezilir. Amma eks məmurların nəyi müzakirə etdikləri şübhə doğurur.
Çünki əgər onlar azadlıqda qalmağı müzakirə etsəydilər, görüşə Əli İnsanovu çağırmazdılar. Çünki HƏP lideri 16 il öncə həbsxanaya düşdüyünə görə, Həsənovlardan, Mehdiyevlərdən də yanıqlıdır. Həmçinin sabiq korrupsionerlər zindan yaşayışının sirlərini həbsxanada “lüks srok” çəkən Ağstafanın köhnə başçısı Nizaməddin Quliyevdən də öyrənə bilərdilər. Görüşə Əli İnsanovu da çağırıblarsa, deməli...
İkinci ehtimala gəlincə, Əli Həsənov bir vaxtlar bütün mətbuata nəzarət edirdi. Yəni, mediada ictimai rəyi kimin formalaşdırdığı ona sirr deyil.
Çünki istefaya göndərilənlər öz yerlərinə kimin gələcəyini əvvəlcədən bilir və ya təxmin edirlər. Odur ki, mətbuatda kimlərin ictimai rəy formalaşdırdığı Həsənovgilə məlumdur.
Elə isə plan başqadır. Sabiqlərin “konsey”i ya mühüm kadr dəyişikliyinə çalışır, ya da Xızıda revanş əməliyyatlarına hazırlaşır.

Комментариев нет:

Отправить комментарий