09.05.2021

Rusiya Pribaltikanı 2 günə tutacaq

Polşalı general, ölkənin keçmiş quru qoşunları komandanı Valdemar Skşipçak Defence 24 nəşrinə müsahibə verərək Qərb sərhədlərinə yığılmış NATO qoşunlarının aqressiv hərəkətlərinə qarşı Rusiyanın görəcəyi cavab tədbirləri barədə danışıb.
General bildirmişdir ki, Kalininqrad vilayəti Rusiya üçün vacib siyasi və strateji əhəmiyyət daşıyır belə ki, Kalininqrad vilayətində dislokasiya olunmuş Rus ordusu NATO-nun quru, dəniz və hava qüvvələrinin Baltika ölkələrinə yerləşdirilməsinin qarşısını alacaq.
Skşipçakın fikrincə Pribaltika ölkələri ordularının möhkəmləndirilməsinə və bu ölkələrə NATO qoşunlarının yerləşdirilməsinə heç bir lüzum yoxdur, belə ki, “Rusiya 6-cı ordusu Baltika flotu ilə birgə Pribaltika ölkələrini cəmi 2 gün ərzində tutacaq”.
Skşipçakın sözlərinə görə, Rusiya Pribaltikanı tutandan sonra silahlı qüvvələrini Polşa üzərinə yönəldəcək.

Комментариев нет:

Отправить комментарий