03.05.2021

Rusiyadan Azərbaycana Sputnik V peyvəndləri gətirildi

"Mənə çox xoşdur ki, Rusiya istehsalı olan Sputnik V peyvəndinin ilk partiyası bizim üçün xüsusi olan bir gündə təslim edildi". 
Bu barədə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Reporta müsahibə verərkən bildirib.
"Pasxa - insanlara sülh və mehribanlıq münasibəti bayramıdır. Peyvəndlərin bu gündə Bakıya çatdırılması Azərbaycanla Rusiyanın dostluğu naminə bir jestdir. Bu peyvəndlər Azərbaycanın koronavirusla mübarizəsinə öz töhfəsini verəcəkdir. Peyvəndin çox yaxşı reputasuyası var. O 97% effektivliyi malikdir. Bu peyvənd artıq 64 ölkədə rəsmi qeydiyyatdan keçmişdir. Bu rəqəmlər çox şeydən xəbər verir. Rusiya tərəfdən mümkün hər şey ediləcək ki, qardaş Azərbaycan pandemiya ilə uğurlu mübarizə apara bilsin.  Əminəm ki, bu günki hadisə xalqlarımız arasında olan sıx dostluq münasibətinin daha da inkişaf etməsinə xidmət edəcək" - deyə səfir bildirib.

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi

Комментариев нет:

Отправить комментарий