05.05.2021

Şəhidin məqamını anlayanlara və özlərinə Şəhidlik kimi aqibət arzulayan kişilərə kimlər dil uzadır

İkinci Qarabağ müaribəsində Akademiyanın buraxdığı gənc kadr- leytenantlardan biri var idi. Hamı kimi bu da mənə əmi-əmi deyirdi.
Müharibənin təzə-təzə vaxtlarında bir gün söhbət edirdik. Müharibənin gedişatından fərziyyələr, fikirlər yürüdürdük.
Yanımızda bir nəfər də kadr zabit var idi, Allah şahididir.
Bu gənc çox danışırdı, ay üç qardaş, üç dövlət, nə qədər əlbir olsaq da erməni bizdən çox güclüdür zad. Onların dalında rus var, belə-elə.
Birdən mənim ağzımdan çıxdı, buna qayıtdım ki, “Allah səni şəhid eləsin”.
Gədəni sanki tok vurdu.
Yanındakına baxdı ki, bu nə danışır? Bu dəlidir nədir?
Ondan sonra bu gədə mənə nəinki əmi dedi, hətta bir daha yanıma gəlmədi. Görəndə də kənardan tərs-tərs baxıb salam verirdi.
İndi, qardaş, bu gədənin timsalında əllərini qulaqlarına çəkib, üç dəfə iraq olsun deyib, stolu da üç dəfə danqıldadanlar durub Şəhidin məqamını anlayanlara və özlərinə Şəhidlik kimi aqibət arzulayan kişilərə dil uzadır, söyür və Şəhid dərdi çəkir.
Bunların hamısı çökmüş cəmiyyətimizin əxlaqsızlığından, biqeyrətsizliyindən irəli gələn ünsürlərdir!

Akşin Məmmədov

Комментариев нет:

Отправить комментарий