Kürd işğalı davam edir
Son 4 ayda Lənkəranda bir neçə kütləvi aksiya keçirilib. Öncə Bəliton kəndinin onlarla sakini kəndarası yolun bərbadlığına görə Lənkəran icra hakimiyyəti qarşısında etiraz aksiyası keçirtmişdilər. Ötən ay isə yenə yüzdən artıq şəxs Lənkəran polis şöbəsinin və dəmiryol vağzalının qarşısında həbs edilən dindaşlarının müdafiəsinə görə kütləvi aksiyaya başlamışdı. Ötən həftə isə İkinci Nərimanabad qəsəbəsinin sakinləri piket keçiriblər. Səbəb onların dənizdən balıq tutmasına icazə verilməməsidir. İş o həddə çatıb ki, balıqçılar Bakı-Astara yolunu bağlamaq istəyib, övladlarının məktəbə getməsinə qadağa qoyublar. Balıqçı Nasir Əhmədovun bildirdiyinə görə, onların başqa çıxış yolu da yoxdur. Dədə-babadan bu yolla çörək qazanıb, ailələrini bu yolla dolandırıblar. İndi hansı sənəd deyirlər hazırlayırıq, hər şərtə tabe oluruq, lakin bizə dənizdə 2 mildən artıq məsafədə balıq ovlamağa imkan vermirlər, həmin məsafədə isə demək olar ki, balıq olmur. Balıqçılar həmçinin bildirdilər ki, mühafizəçilər onları gülləyə basır, həbs etdirirlər. Daim hədə-qorxu içində saxlayırlar. Bu sakinlərin isə başqa yerdən çörək qazanmaq şansı yoxdur. Problem bir ildən artıqdır ki, davam edir, əhalinin maddi durumu olduqca aşağı düşüb, 4 minə yaxın əhalisi olan qəsəbədə bəzilərinin heç çörək almağa imkanı yoxdur, lakin əlac edən tapılmır.
"Cənub xəbərləri"
Комментариев нет:
Отправить комментарий