01.07.2011

Ayxan Eyvazın "Mən necə Polat Alemdar oldum" kitabı çap olundu


"Qanun" nəşriyyatında çap olunmuş bu kitab gənc yazarın oxucularla ilk görüşüdür.

Kitaba daxil olan povest əvvəllər mətbuatda he­ka­yə kimi dərc edilib.

“Mən necə Polat Alemdar oldum” – Türkiyədə və dünyada məşhur olan “Kurtlar Vadisi” se­ria­lının təsiri ilə Azərbaycanın kiçik bir məhəl­lə­sin­də yaşayan uşaqların oynadıqları məzəli oyun­­dan bəhs edir. Burada serialla oyun arasın­da vəhdət yaranır, bir növ real həyatla, virtual hə­ya­tın sintezi baş verir. Povest qəhrəmanları oyna­dıq­ları oyunla cəmiyyətin, xalqın problem­lərini həll edəcəklərini zənn edirlər. Bu, saf dü­şüncə isə “Kurtlar Vadisi” serialının onların qəl­bində ya­rat­­dıqları vətən sevgisindən doğan his­sdir. An­caq hələ yolun başlanğıcında olan, ger­çəkləri gör­­məkdə acizlik çəkən bu uşaqlar ya­şa­dıqları mühitin reallıq­larından çox uzaq­da­dır­lar. Buna görə də onların düşüncələri digərləri üçün gü­lünc və maraqsız görünür.
Əsərdə Azərbaycan insanının kütləvi şəkildə se­rial aludəçisinə çevrilməsi, həyatlarını serial qəh­rəmanları kimi yaşamaları öz əksini tapmış­dır.

Комментариев нет:

Отправить комментарий