01.07.2011

DÜŞ (4)

Məhəmməd Ərğəvan


ağ göyərçin çini kimidir, qaraşın quşlar içində?
mənəm o dimdik ucu, min çilə qurmuşlar içində.

de görüm harda, nədən , doğru sözü söyləri mən tək?
ucaq üstündə tava, gündə qovurmuşlar içində.

çatısızlar ilə bir sürdüm ömür kim nə bilir mən,
yalavac xan gedirəm boynunu burmuşlar içində.

söz doğur tanrını yerlərdə, susur tanrı sözündən,
utanır çünki özündən, uca durmuşlar içində.

Yeni-seydən söz açır, keçmişi çin-çin çini gözlər,
ulu soy türküsünü öncə yoğurmuşlar içində.

heç inanmırdı düşüm, düş gecə , dişlan dişi düşgün,
Ərğəvanı doğacaq, doğru doğurmuşlar içində.

                                                  Divan-i ərğəvan - DÜŞ (4)

Комментариев нет:

Отправить комментарий