"15 ildir ki, biz bu obyektlərdə fəaliyyət göstəririk. Obyektlərin hamısı öz adımıza sənədləşdirilib. İndi də bazarkom Rəşid Babayev bizə deyir ki, bu obyektlərin hamısı Afət Həsəsnov adlı şəxsin adına özəlləşdirilib. Əldə etdiyimiz məlumata görə, Afət Həsənov keçmiş baş prokuror, hazırki Ruminiya səfiri Eldar Həsənovun yaxınlarındandır."
Sumqayıtda yerləşən “Şərq Bazarı” ətrafında baş verən münaqişə davam edir. Artıq neçə gündür ki, adı çəkilən ərazidə yerləşən obyektlərin söküntüsü ilə bağlı mətbuata məlumatlar verilir. Biz də FaktXeber.com olaraq məsələ ilə bağlı araşdırma apardıq.
Sahibkarlar bildirdilər ki, obyektləri qeyri-qanuni əllərindən alınır: “15 ildir ki, biz bu obyektlərdə fəaliyyət göstəririk. Obyektlərin hamısı öz adımıza sənədləşdirilib. Neçə il bundan əvvəl BT-dən obyektlərin öz adımıza sənədləşdirilməsi barədə sənəd almışıq. İndi də bazarkom Rəşid Babayev bizə deyir ki, bu obyektlərin hamısı Afət Həsənov adlı şəxsin adına özəlləşdirilib. Əldə etdiyimiz məlumata görə, Afət Həsənov keçmiş baş prokuror, hazırki Ruminiya səfiri Eldar Həsənovun yaxınlarındandır. İki dəfə icra hakimi Eldar Əzizovun qəbulunda olmuşuq. Amma heç bir faydası olmayıb. Eldar Əzizov bizə deyib ki, mənlik bir şey yoxdur. Aranızda olan münaqişəni gedib özünüz həll eləyin. Hazırda problemlə bağlı məhkəməyə müraciət etmişik. İş məhkəmədə olduğuna görə, söküntü işlərini dayandırıblar. Biz bilmirik ki, hara müraciət edək. Hazırda bu obyektlədən iki minə yaxın adam çörək yeyir. Dükanların əksəriyyətinin sahibi şəhid ailələri və veteranlardır. Biz Qarabağda can qoymuşuq, onun əvəzində bizə verilən dəyər budur. Hazırda məhkəmənin qərarını gözləyirik.”

Комментариев нет:
Отправить комментарий