01.07.2011

"Əynimi soyunarkən bədən quruluşum sevgilimin ağlını başından çıxarır…"

Natavan Həbibi: "Əynimi soyunarkən bədən quruluşum sevgilimin ağlını başından çıxarır…"
Şou-biznesdə düşməni öz aramızda axtarmalıyıq – məsələn, elə Nadirin özü..."

Populyar müğənni Natavan Həbibi öz bədən quruluşuna vurğundur.


Day.Az saytının verdiyi məlumata görə, o, özündə kökəlməyə və ya arıqlamağa ehtiyac duymur: «Mən arıq deyiləm. Dar paltar geydiyim zaman özüm özümə valeh oluram. Artıq heç nə yoxdur! Nəyisə çəkmək, qırışları gizlətmək lazım gəlmir. Əynimi soyunarkən bədən quruluşum, dərim sevgilimin ağlını başından çıxarır… Mən özümü super hiss edirəm!», - deyə Natavan bildirib.

O, sevgilisi ilə tam sağlam münasibətlərdə olduqlarını, bu münasibətlərin madiyyat üzərində qurulmadığını da söyləyib: «Pulum özümə kifayətdirsə, nə üçün ondan pul götürüm?! Mən öz pulumu xərcləyir və gələcək üçün yığıram. Axı 50 il oxumaq fikrində deyiləm. Paltarın əyində yaxşı durmadığı, dərinin, sifətin rənginin dəyişəcəyi yaşadək oxumaq istəmirəm».

Müğənninin sözlərinə görə, bundan sonra modelyerləri yalnız onun üçün paltar tikən moda evi ilə işləyəcək. N.Həbibi bu minvalla səhnə geyimləri problemini də həll etmək niyyətindədir.

«Hər yeni çəkiliş üçün təzə paltar almaq, sonra da o paltarla nə etmək barədə düşünməkdən usandım. Axı yeni paltarı uzaqbaşı bir-iki dəfə toya və ya çəkilişə geymək olur. Sonra onların hamısı evimdə şifonerdə və çamadanlarda qalır. Hər ay paltarlara xərcləyəcəyim 6-7 min manata indi qənaət edəcəyəm», - N.Həbibi deyib.

Daha sonra Nadir Qafarzadənin «şou-biznesimizdə qadınlar çox pis davranırlar, çünki kişilərdən fərqli olaraq tək özlərinə yox, onların problemsiz həyatlarını təmin edən himayədarlarına güvənirlər» açıqlamasına münasibət bildirən müğənninin fikrincə, qadını yalnız qadın anlaya bilər: «Nadir isə qadın olmadığı üçün heç zaman qadını tam anlaya bilməz. Gəlin, şou-biznesimizdəki qadınların kölgəsini qılınclamayaq. Şou-biznesdə düşməni öz aramızda axtarmalıyıq – başqa yeri aramağa ehtiyac yoxdur. Məsələn, elə Nadirin özünü götürün… Şou-biznesimizdə qadınları uğura aparmış bir əxlaqsızlığı misal gətirə bilmərəm. Əxlaqsızlıq yolu ilə yüksəlməyə çalışanlar elə çirkab bataqlığında qalırlar. Amma hansısa kişinin köməyi ilə məqsədinə çatan qadınlar var. Onlar düz edirlər».

Комментариев нет:

Отправить комментарий