11.04.2012

Xocalı planının iştirakçıları bu gün parlamentdə, Prezident Aparatında böyük vəzifələr tuturlar

"Bizim Ermənistanda yox, Azərbaycanda hərbi təlim mərkəzlərimiz var idi"

"Vəli Kiçik, onun türkiyəli və azərbaycanlı kadrları Xocalı qırğınına görə dindirilmir; ... Həmin planın iştirakçıları bu gün parlamentdə, Prezident Aparatında böyük vəzifələr tuturlar"



Ərdəbil şəhərinin (Cənubi Azərbaycan, İran) imam-cüməsi Seyid Həsən Amuli bu günlərdə İran-Azərbaycan münasibətlərinə dair sensasiyalarla dolu açıqlama verib. Həmin açıqlamadan Azərbaycanın müxtəlif sayt və qəzetləri xırda istinadlar şəklində istifadə ediblər. Məsələnin əhəmiyyətini və Seyid Amulinmin açıqlamadan Azərbaycanın müxtəlif sayt və qəzetləri xırda istinadlar şəklində istifadə ediblər. Məsələnin əhəmiyyətini və Seyid Amuliin iddialarının ciddiliyini nəzərə alaraq, İran ruhani liderinin həmin açıqlamasını müəyyən ixtisarla təqdim edirik.

“...Əldə olan məlumatlara görə, qətiyyətlə deyə bilərəm ki, Qarabağ problemi SSRİ dağılmazdan illərcə qabaq, ehtimal olunan İran-Azərbaycan ittifaqının qarşısını almaq üçün hazırlanmış oyun idi. Qərbdə yazılmış bu ssenarini ruslar böyük həvəslə tamaşaya qoydu. Çünki bu problem onların Qafqazda nüfuzunu qorumaq, mənafelərini təmin etmək üçün əlverişli şərait yaradacaqdı.
Sual oluna bilərdi: Qarabağ məsələsi İran-Azərbaycan münasibətlərinə necə mənfi təsir göstərə bilərdi? Cavab: İranı qardaşdan da artıq sevən Azərbaycan xalqı ondan umduqlarını heç bir ölkə və xalqdan ummursa, böyük qüdrətlərin himayəsi ilə vəhşi erməni təcavüzünə məruz qalmış və təklənmiş Azərbaycan haqlı olaraq İrandan kömək tələb edəcək. Plana görə, İran seçim qarşısında qalmalı olur: ya hərbi müdaxilə yolu ilə erməni təcavüzünün qarşısını almaq, ya da bitərəf mövqe tutmaqla müşahidəçi kimi baxmaq. Birinci mövqe seçilərdisə, İranın Rusiya ilə qarşı-qarşıya dayanması qaçılmaz olacaqdı. Bu isə İran üçün beynəlxalq güclər arasında müvazinətin pozulmasından əlavə ikinci bir cəbhənin açılması demək idi... Bu seçim İslam inqilabının müqəddəratı ilə oynamaq, onun müqəddəs hədəflərini təhlükəyə atmaq idi.
İkinci mövqe seçilsəydi, yəni İran erməni təcavüzünə laqeyd yanaşaraq hadisələri uzaqdan müşahidə etsəydi, nə ola bilərdi? Bu şəraitdə İran qınaq obyektinə çevriləcək, qardaşlıq, dindarlıq iddialarında əsassız və puç görünəcək; onun islami-insani dəyərlərə çağırışı siyasi rəng alacaqdı. Burada təkcə vəfasız qardaş yox, hətta xain qonşu damğası ilə qəzəbə tuş gələcəkdi. Bu plan baş tutarsa, təkcə İran-Azərbaycan ittifaqı təhlükəsi sovuşmur, həm də İranı zəiflətmək üçün Azərbaycan bir səngərə çevrilirdi. Beləliklə, onlar üçün İran-Azərbaycan ittifaqı təhdidi əlverişli fürsətə çevriləcəkdi. Yəni 1-ci mövqedə İranın məhvi, 2-ci də isə onun öz müsəlman qardaşları qarşısında rüsvay olması...
İran İslam Cümhuriyyəti nə etməli idi? Bir tərəfdə on minlərlə şəhidin qanı bahasına ərsəyə gəlmiş İslam inqilabını qorumaq zərurəti, digər tərəfdə isə vəhşi erməni təcavüzünə məruz qalmış qan qardaşlarımızı müdafiə etmək istəyi. Ortaq bir yol seçildi: nə açıq-aşkar hərbi müdaxilə və nə də müşahidəçi kimi tamaşaçı mövqeyi. Azərbaycana ordu quruculuğunda təcili yardımlar etmək, müqavimət dəstələri yaratmaq, onlara döyüş təlimləri, silah-sursat, müdafiə sistemini qurmaq üçün lazım olan hər köməyi göstərmək. Geniş miqyaslı, eyni zamanda yarı-aşkar, yarı-məxfi işlər başlandı. Dəstə-dəstə azəri cavanları İrana partizan əməliyyatları keçirmək üçün təlimə gətirildi. Şuşanın azərbaycanlılar yaşayan məhəllələrini qorumaq üçün silah arzusunda olan mübariz insanlara maşın-maşın silah gətirildi. Mövcud hökumətin razılığı, Rəhim Qazıyevin, Rövşən Cavadovun xahişi ilə müdafiə sistemi qurmaq üçün müştərək qərargah yaradıldı. Bu qərargahda təbrizli, ərdəbilli generallar əyləşib ürək yanğısı ilə öz azəri qardaşlarına yardım göstərir, gecə-gündüz əllərindən gələni edib təcavüzün qarşısını almağı çalışırdı. Hətta canlı qüvvə gətirilməsi qaçılmaz olan bir Rövşən Cavadovzamanda İranın təşkilatçılığı ilə Əfqanıstandan minlərlə döyüşçü gətirilib cəbhə xəttində, mövqelərdə yerləşdirildi. Bu hərbi köməklər yazılsa, bir kitab olar. Hələ humanitar yardımlar, qaçqın düşərgələri və bu kimi digər işlərə toxunmuram.
Bu gün biz erməniyə silah verməkdə suçlanırıq. Nə qədər dözülməz böhtandır. Əlbəttə, azəri qardaşları qınamırıq, onlar Qərb casus şəbəkələrinin yaratdığı təbliğat bombardmanı altında yaşayır. Hər gün təzə-təzə şübhə və iftiralar eşidirlər qardaş ölkə haqda. İran siyasətçiləri bu həmkarlıqları bu günə qədər dilə gətirməyib və mümkündür diplomatik mülahizələrə görə heç zaman da işıqlandırmayalar. Amma mən deməliyəm, mən imam-cüməyəm, mən xitabət kürsüsündə əyləşib müsəlman qardaşlarımın şübhə və suallarına cavab verməliyəm. Əgər müsəlman şiə xalqı öz din qardaşlarına münasibətdə bədbin olub İsrail kimi təcavüzkar bir rejimin informasiya blokadasında çapalayırsa, onlara həqiqəti demək vəzifəmdir.
Biz erməniyə yox, öz azəri qardaşlarımıza silah-sursat verirdik. Bizim Ermənistanda yox, Azərbaycanda hərbi təlim mərkəzlərimiz var idi. Azərbaycanda bu məsələlərin minlərlə canlı şahidi var, onlar ölməyib. Zərrəcə insafları olsa, dediklərimi təsdiq edərlər.
Vəli KiçikBəs nəticə nə oldu? Azərbaycan cəbhələrində İranın məxfi iştirakını görən Qərb öz planlarının iflasa uğrayacağını başa düşdü. Təcili tədbirlər görüldü; regionda İslam inqilabı dalğasına qarşı yaranmış Ergenekona gizli tapşırıqlar göndərildi. Bəli, qardaş Türkiyədə, hərbçilər arasında “Mossad”ın ustalıqla yaratdığı Ergenekon təşkilatı Azərbaycan cəbhələrində İranın fəaliyyətinə xitam vermək üçün xüsusi tapşırıq aldı. Tapşırıqda qeyd olunurdu ki, guya İran Qarabağa yardım adı ilə Azərbaycanda “Hizbullah” təşkilatı yaradır. İranın bu hərəkəti Livanda “Hizbullah” yaradılması ilə müqayisə olunur, bu iş durdurulmazsa, az bir zamanda onun da qarşısıalınmaz prosesə çevrilməsi vurğulanırdı. Bu missiyanı həyata keçirmək üçün Vəli Kiçiyə tapşırıq verilir. Qısa vaxtda layihə hazırlanır. Vəli Kiçiyin rəhbərliyi altında Azərbaycanda xüsusi təşkilat yaranır, dövlət çevrilişi planı hazırlanır. Bu çevrilişin həyata keçməsi üçün cəbhədə böyük itki üz verməli idi. Məhz belə şəraitdə Xocalı faciəsi amansızlıqla tamaşaya qoyuldu. Xocalı faciəsi barədə söz çoxdur. Xocalı faciəsinin ildönümü ilə bağlı cümə xütbələrində bu barədə danışmışam. Bu münasibətimə görə ittiham edilmişəm ki, guya Azərbaycan xalqını müqəssir sayıram. Ayaz Mütəllibovİnsafınız olsun, xain siyasətçilərin cinayətini xalqın ayağına yazmayın. Mən xalqı yox, məlum qüvvələri nəzərdə tutmuşam. Ürəyimizi qana döndərən, biz azərilərə namus ləkəsi gətirən bir müsibəti ermənilər törətdi və buna heç bir şübhə yoxdur. Amma kimin himayəsi və hiyləsi ilə? Ruslarınmı? Məlumdur ki, Xocalı qırğınından bir neçə gün sonra Ayaz Mütəllibov devrildi. Mütəllibov rusların himayəsində deyildimi, onlar öz adamlarını devirib qərbpərəst Elçibəyimi gətirmək istəyirdilər? Gün kimi aydındır ki, belə deyil. Çevriliş rusların himayə etdiyi hakimiyyətə qarşı idi. Amma onların təbirincə desək, Qarabağ cəbhəsindən İranın əlini kəsmək üçün hazırlanmış, günahsız insanların qanı üzərində qurulmuş məkrli plan idi. Onun arxasında Ergenekon, əslində “Mossad” dayanırdı.
Şükür ki, əlləri minlərlə müsəlman qanına bulaşmış Ergenokon generalları Ərdoğanın qüdrətli qolları arasında can verir. Minlərlə səhifədən ibarət Ergenekon cinayət qovluğu bu gün vərəq-vərəq oxunur, xəyanətlər ifşa olunur. Amma onun Azərbaycana aid hissələri həmişəlik qapadıldı. Vəli Kiçik, onun türkiyəli və azərbaycanlı kadrları Xocalı qırğınına görə dindirilmir. Azərbaycan məlum dövlət çevrilişi planının üstündən asanlıqla keçdi. O planın iştirakçıları bu gün parlamentdə, Prezident Aparatında böyük vəzifələr tutur. Acınacaqlıdır, Xocalı qırğınına şərait yaradanlardan bəziləri bu faciənin dünyada anılması üçün elə canfəşanlıq göstərir ki, təəccübdən donub qalırsan.
İran Ali Məhkəməsinin sədri cənab Musəvi Ərdəbili xalq hərəkatının qızğın çağında Azərbaycana səfərə getmişdi. O, mərhum Hacı Əlikramın vasitəçiliyi ilə xalq hərəkatı liderlərindən biri ilə görüşmüş, müxtəlif sahələr üzrə sıx əməkdaşlıq təklif etmişdi. Bildirmişdi ki, İranın İraqla 8 illik müharibə təcrübəsinə istinad edib Qarabağ məsələsini qısa zamanda həll edə bilərik. Bircə kəlmə “yox” cavabı almışdı. Cənab M.Ərdəbili bilmirdi ki, hərəkatda insanlar var ki, onların qarşısına tapşırıq qoyulub və bu, Qarabağı azad etmək yox, İranı qıcıqlandırmaqdır. Cənab Ərdəbilinin təklifləri qarşısında hərəkat səlahiyyətlisi demişdi: “Mən yalnız o vaxt İrana gələrəm ki, Təbrizi Azərbaycanın paytaxtı elan edim”. Bu cavaba diqqət yetirin.
Mərhum Rövşən Cavadov ona yardım edən təbrizli generalla söhbətində çox maraqlı bir nüansı xatırlamışdı. O demişdi ki, çevrilişdən və prezident and içəndən sonra ilk rəsmi görüşə məni çağırmışdı. Fikirləşirdim ki, məndən Qarabağın azadlığı haqda planımızın nədən ibarət olduğu soruşulacaq. Odur ki, döyüş və əməliyyat planını qovluğa qoyub bəylə görüşə getdim. Amma söhbət əsnasında çaşıb qaldım. Prezident stolunun üstündə bir qovluğa işarə edib dedi: “Sizin İranla bu günə qədər olan həmkarlığınızdan xəbərim var (Həmin qovluq İsraildən Türkiyəyə, oradan da Azərbaycana göndərilmişdi). Artıq bu gündən bütün əlaqələri dayandırmalısınız. Bizə İranın köməyi lazım deyil. Mən bilsəm ki Qarabağı İranın köməyi ilə geri alacağıq, o torpaqları ermənilərə bağışlayaram. Qarabağ ciddi bir problem deyil, az bir zamanda öz həllini tapacaq. Bizim müharibəmiz İranladır, özümüzü İranla müharibəyə hazırlamalıyıq. Bizim həqiqi düşmənimiz ermənilər deyil, farslardır”.
Artıq bundan sonra hər şey dəyişdi. İlk növbədə həmkarlıqlara son qoyuldu, yardımlardan imtina edildi. Daha sonra Azərbaycana xüsusi dəvətlə gəlmiş və müştərək qərargahda fəaliyyət göstərən iranlı hərbçilər həbs edildi. Qəribədir ki, onlar Türkiyə və İsraildən gəlmiş müstəntiqlər tərəfindən dindirilir, işgəncələrə məruz qalırdı.
Zaman keçdikcə ağır günlərdə göstərilmiş qəhrəmanlıqlar xəyanət kimi yazıldı. İranda təlim keçmiş şəxslər tutulub həbsxanalara dolduruldu. İşgəncə altında onlardan ifadə alınırdı ki, siz Qarabağı azad etmək üçün yox, guya İranın mənafelərini qorumaq üçün “Hizbullah” təşkilatı yaratmalı idiniz. Mən Azərbaycan ictimaiyyətinə üz tutub soruşuram: neçə ölkə üzərindən aşıb Livan şiələrinə yardım edən İran nəyə görə öz Azərbaycan müsəlmanlarına kömək etməməlidir? Fələstində sünni qardaşlara əlindən gələn köməyi edən İran nə üçün Azərbaycan şiələrindən öz yardımını əsirgəməlidir? Hətta bəzən erməniyə hərbi kömək edən kimi şərlənməlidir? Bu, insafsızlıq deyilmi? Biz özümüzü həmişə qınamışıq, Qarabağın işğalına görə əzab çəkmişik. Amma nə etməli, Vəli Kiçiklər və onlardan tapşırıq alan Azərbaycan rəsmiləri gec-tez ədalət məhkəməsində cavab verəsidir...
Həqiqətən də Livanın işğal olunmuş ərazilərini İsrail kimi güclü bir düşməndən geri qaytarmaqda müvəffəq olan bir ölkə bir ovuc əliyalın erməninin qarşısında aciz qalıb? Nə etmək olar ki, vasitəçilik səyləri nəticə verməyə başladıqda bir qrup azərbaycanlı komandir rus hiylələrinə uyaraq Şuşanı təhvil verir və İranı bədnam etmək istəyir. Cəbhədə İran təsiri hiss olunmağa başladıqda bir qrup siyasətçi toplanır, İsrail-Türkiyə fitnəsinə uyaraq Xocalı faciəsini yaradır, cəbhədən İranın əlini kəsəcəyik deyə görülən bütün işlərin üzərinə kölgə salırlar.
Bu gün Azərbaycan hökuməti Qarabağın işğal planını hazırlayıb həyata keçirən İsrail rejimi ilə əlaqəyə üstünlük verir. Öz ərazilərində İsrailə məxsus casus şəbəkələrinin yerləşdirilməsinə, səfirliyin açılmasına icazə verir. İsrail siyasətçiləri elan edir ki, İrana zərbə endirmək üçün Azərbaycan bizim üçün ən münasib səngərdir. Onlar açıq-aşkar deyir ki, əgər İran Livan şiələrini hərbi cəhətdən silahlandırıb bizim qarşımıza çıxarıbsa, biz də Azərbaycan şiələrini siyasi və ideoloji cəhətdən silahlandırıb İranın üzərinə yönəltmişik. Acınacaqlı haldır ki, sionistlər bu gün İran-Azərbaycan şiələri arasında yaranan anlaşılmaz vəziyyəti özlərinin ən böyük uğuru sayır. Onların qənaətinə görə, son 20 ildə bu iki xalq arasında o qədər dərin ixtilaflar, şübhə və təfriqələr yaradılıb ki, yüz il ötsə də bu iki qardaşın arasında dostluqdan danışmağa dəyməz.
Görəsən, Azərbaycan hökuməti qanımıza susamış İsraillə həmkarlığa arxalanıb Qarabağı azad etmək istəyir? Guya İsrail heç bir dövlətin bizə satmadığı silahları satır? Nə qədər gülüncdür! Onların Azərbaycana satdığı silahlar öz ölkələrində istifadədən çıxarılan silahlardır. Onlar bir zaman Türkiyəyə pilotsuz təyyarələr satdı. Sonradan məlum oldu ki, pilotsuzlar iki idarə sistemi ilə istehsal edilib. Əsl idarəetmə sistemlərini Təl-Əviv özündə saxlayır. Yəni münasibət pozulsa, pilotsuzlar Təl-Əvivdəki daha üstün sistemlərlə özümüzə qarşı yönəldilə bilər. Bir neçə il bundan qabaq Türkiyədə qəzaya uğramış qırıcı təyyarənin qara qutusunu və qalıqlarını tapmaq üçün İsraildən kömək aldılar. Çünki onların mərkəzi idarəetmə sistemi onların əlindədir".


"Yeni müsavat"

Комментариев нет:

Отправить комментарий