22.05.2012

“Azərbaycanlı” asteroidlər

Çoxlarının bildiyi kimi səmada ulduzlar, planetlərdən başqa asteroidlər də mövcuddur. Elmə 85 min ədəd öz orbitində fırlanan asteroid məlumdur. Bu qədər asteroidin içərisində 8 ədəd asteroidin adı bizə doğma adlardandır.

1. Şamaxı Rəsədxanasının şərəfinə adlandırılmış, Almaniyanın Qeydelberq şəhərində alman astrofizik K. Reynmut tərəfindən 3 avqust 1940-cı ildə kəşf olunan asteroid.
2. “Azərbaycan” asteroidi. Krım astrofizikləri tərəfindən 11 oktyabr 1971-ci ildə kəşf olunan asteroid.

3. “Nizami” asteroidi. Krım astrofizikləri tərəfindən 24 avqust 1974-cü ildə kəşf olunan asteroid dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılıb.

4. “Sorin” asteroidi. Krım astrofizikləri tərəfindən 26 avqust 1976-ci ildə kəşf olunan asteroid Azərbaycanın müasir astronomiyasının qurucularından biri Nikalay Sergey oğlu Sorinin şərəfinə adlandırılıb.
5. “Cavid” asteroidi. 1 sentyabr 1978-ci ildə Krım astrofizikləri tərəfindən kəşf olunan asteroid Hüseyin Cavidin (1882-1941) şərəfinə adlandırılıb.
6. “Maqomayev” asteroidi. 19 sentyabr 1974-cü ildə Krım astrofizikləri tərəfindən kəşf olunan asteroid Müslüm Maqamayevin şərəfinə adlandırılıb.
7. “Tusi” asteroidi. 24 sentyabr 1979-cu ildə Krım astrofizikləri tərəfindən kəşf olunan asteroid görkəmli ensiklopedik alimi Nəsrəddin Tusinin şərəfinə adlandırılıb.
8. “Əyyub Quliyev” astroidi. 9 aprel 1999-cu ildə ABŞ-ın Arizona ştatında Anderson Mesa tərəfindən kəşf olunan asteroid Azərbaycan astronomu, Şamaxı rəsədxanasının direktoru Əyyub Quliyevin şərəfinə adlandırılıb.

Комментариев нет:

Отправить комментарий