Avropa
və ABŞ-da islama xoş münasibət bəsləmirlər. Onlar müsəlmanların problemlərini
böyüdüb, haqlarını tapdamaqda əsla “qüsur”a yol verməzlər! Mətanətli dinimizin
üzləşdiyi nifrət yarışında Fransa öz canfəşanlığı ilə seçilir. Fəndgir
missionerlik, pis niyyətli şərqşünaslıq və qənimkəsilmə siyasəti – bu üç
istiqamət fransız “canfəşanlığ”ını səciyyələndirir.
Milyon yarım insanın ölümü ilə yanaşı, həm də ölkənin varının talanmasına səbəb olmuş müharibədən sonra müsəlman Əlcəzair istiqlaliyyət qazandı...
Birinci
Dünya müharibəsində İskəndərun əyaləti Suriyadan qoparılaraq, dünyəviliyi
qarşılığında yeni Türkiyəyə hədiyyə edildi. Suriyanın cənubundan daha iki
əyalət kiçik Livana ilhaq edildi ki, diqqətlə seçilmiş hakimiyyətin nəzarətində
saxlanılacaq böyük Livan əmələ gəlsin. Məqsəd ərəb deyilən nə varsa hər şeyi, o
cümlədən islam mədəniyyətini bu torpaqlardan süpürüb atmaq idi. Qərara
alınmışdı ki, müsəlman çoxluq cüzi və cılız hala salınsın...
Milyon yarım insanın ölümü ilə yanaşı, həm də ölkənin varının talanmasına səbəb olmuş müharibədən sonra müsəlman Əlcəzair istiqlaliyyət qazandı...
Buna
baxmayaraq, Fransada bəzi siyasətçilər istəyirlər ki, savaş yenidən başlansın,
çəkişmələr baş versin...
Fransada
üç nəfər gənc qız müsəlman tərzində geyindiyi üçün mərəkə qopdu: islama və
müsəlmanlara qarşı qəzəb dalğası yenidən xortladı. Bir çox dövlət adamları
iddia etdilər ki, fransız mədəniyyəti təhlükə altındadır!
İctimaiyyətin
qaynaması da çox təəccüblü idi. Roje Qarodi* yazır:
“Baş
verənlər, fikrimcə, kütləvi dəlilikdir! Bunu bir marslı görsəydi, dəhşətə
gələrdi! Hətta İspaniya Baş naziri Filip Qonzales televiziya ilə açıqlama
vermişdi ki, Fransada hicabla bağlı baş verənlər onda dəhşət oyadıb. Hicablı üç
gənc qız fransız mədəni identikliyinə necə təhlükə yarada bilər axı?! (Qarodi
sözünə davam edir:) Həqiqət budur ki, fransız mədəniyyəti üçün əsil təhlükə ABŞ-dan
gətirilmiş filmlərdir!”
Öz-özümə
deyirəm: “Müsəlman hicabı ilə rahibə geyiminin oxşar cəhətləri çoxdur. Elə isə
bu təlaş, bu qorxu haradandır? Şagird qızların ləyaqət və Allah qorxusunu üstün
tutub, xain və həris nəzərlərdən qoruyan hicabı geyinmələrimi fransız
cəmiyyətini vəlvələyə salıb?”
İslama,
ayinləri və mədəniyyətinə üz tutan hər kəsə qarşı cəmiyyətdə narahatlıq hökm
sürür...
Fransada
missionerliklə məşğul olan bir neçə radio fəaliyyət göstərir. Bu radioların
yayım tezlikləri Şimali Afrikanın əksər hissəsinə yayılır. İslamı öz
“səngər”ində vurmaq üçün böyük işlər görülür!
Şimali-qərbi
Afrikanı cənginə almış mədəni qəsbkarlıq iki şeyə əsaslanır: hər şeydən əvvəl,
islama əngəl törədib, müsəlman oyanışının qarşısını almaq üçün bərbərlik zehniyyətini
xortlatmaq istəyirlər. İkincisi, “Aralıq dənizi mədəniyyəti” adlandırılan şeyi
aktuallaşdırıb həyata keçirməyi düşünürlər. Bununla da, həmin dənizə açılan
xalqları Müsəlman dünyasından təcrid etmək, islamla olan tarixi və sosial
əlaqələrini kəsmək məqsədi güdürlər....
Bütün
bunlar Aralıq dənizinin qərb hissəsində baş verir. Şərq hissəsində isə başqa
hadisələr cərəyan edir. Məşəqqətli, cansıxıcı hadisələr!
Böyük
və güclü dövlət qurmaq yəhudilər və xristianların ortaq hədəfidir. Yəhudilər
dünyaya hakim olub, seçilmiş xalqın dövlətini – müqəddəs krallığı qurmaq üçün
öz “məsih”lərini gözləyirlər.
Xristianlar
da inanırlar ki, yəhudilər Fələstində toplandıqdan sonra Məryəmoğlu İsa
gələcək. Bəli, onlar inanırlar ki, İsa gələcək, insanları dinə qaytaracaq,
yəhudiləri də xristianlaşdıracaq, Tanrının yanında əyləşib dünyanı idarə
edəcək!!!*
Xristian
fundamentalistlər buna inanırlar. ABŞ prezidentləri Riçard Reyqan, Cimmi Karter
və ata Buş da onlardandır...
“Vəd
edilmiş torpaqlar”a yəhudilər axışdıqca müsəlmanlar görürdülər ki, İsrail
savaşlarda kommunist ölkələrindən gəlmiş əsgərlərdən, kapitalist dövlətlərinin
də silahlarından istifadə edir.
Vəziyyət
indi də keçmişdə olduğu kimidir: insan qüvvəsi Rusiya və Şərqi Avropadan, silah
və pul isə səlibçi Qərbdən axıb gəlir.
Vaxtı
ilə hamı üstümüzə tökülüşmüşdü. İstəyirdilər ki, xarabalıqlarımız üzərində
onların hakimiyyətini bərqərar etsinlər...
1967-ci
ildə İsrail ordusu Misir ordusunu məğlub etdiyi ərəfədə Moşe Dayan** keçmişi
yada salaraq demişdi: “Bu gün Mədinə və Xeybər yəhudilərinin intiqamını aldıq!”
İngilis
ordusu 1918-ci ildə Qüdsə daxil olduğunda marşal Edmund Allenbi (1861-1936)
demişdi: “Səlib müharibələri indi başa çatdı...”.
Uilyam
Ceyfor Belgraf bu müharibələrin məqsədini yığcam şəkildə aşağıdakı kimi ifadə
etmişdi:
“Quran
yox olduğunda, Məkkə (Kə`bəni nəzərdə tutur) ərəb ölkələri üçün bir əhəmiyyət
kəsb etmədikdə ərəb insanı Məhəmməd və kitabının yaxın buraxmadığı mədəniyyət
yolu ilə addımlayacaqdır”.
Uilyam
hansı mədəniyyəti nəzərdə tuturdu? QİÇS***, homoseksuallıq, lezbiyanlıq və
nifrət mədəniyyətinimi?!
Mən
bütün bunlardan qorxmuram. Ehtiyatlandığım şey budur ki, başqaları öz
yalanlarını haqq kimi göstərsinlər, biz isə haqqımızı, tarix və missiyamızı
unudaq; onlarda olduğu kimi lüks həyat tərzinə can ataq, onlar isə öz
mədəniyyətlərini bizə sırısınlar...
Tərcümə etdi: Elvüsal Məmmədov azerimuslims
* Roje Qarodi: 1913-cü ildə Marseldə anadan olub. Fransız yazıçısı,
filosof və siyasi xadimdir. Mömin xristian olan Qarodi sonralar (1982) islamı
qəbul etmişdir – tərcüməçinin qeydi.
* Bu haqda Misirli samişünas-alim M. X. Həsən yazır: “Xüsusilə də ABŞ
və Böyük Britaniyada yəhudi fundamentalizminin təsiri altında xristian
fundamentalizmi Fələstini fundamentalist mübarizə beşiyinə çevirib. Birləşmiş
Ştatlarda İsrailə hamilik edən hərəkatların əksəriyyəti xristian
fundamentalistlərinin qurduğu hərəkatlardır. Bu hərəkatlar yəhudi
fundamentalizmi ilə birlikdə fundamentalist peyğəmbərlik xəbərdarlıqlarını və
qeybi ideyaları reallaşdırmaq məqsədilə Fələstinə bütün yəhudiləri cəm etməyə
can atır. Çünki onların etiqadına görə, dağınıq halda olan yəhudilər Fələstində
cəm olduqdan sonra İsa Məsih (Ona salam olsun!) ikinci dəfə yer üzünə
qayıdacaqdır” Bax: M.X. Həsən. Dialoq mədəniyyəti və metodologiyası / tərcümə
edən: Elvüsal Məmmədov. Bakı: “CBS – Polygraphic Production”, 2011, səh. 135, –
tərcüməçinin qeydi.
** Moşe Dayan (1915-1981): 1953-58-ci illərdə İsrailin dördüncü
Müdafiə naziri olmuşdur – tərcüməçinin qeydi.
*** QİÇS: Qazanılmış immun çatışmazlığı sindromu – AİDS – –
tərcüməçinin qeydi.
Комментариев нет:
Отправить комментарий