11.08.2012

Lerikin yaşı 125 minə çatdı

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun Poliolit Arxeoloji Ekspedisiyası Lerikdə yerləşən Zuvandçay poliolit düşərgəsində arxeoloji qazıntılar aparır. Ekspedisiyasının əsas məqsədi, Azərbaycan ərazisində daş dövrü üzrə elmi tədqiqat aparıb, qədim insanların formalaşması, meydana gəlməsi proseslərini tədqiq etməkdir. Poliolit abidələrində aparılan tədqiqatlar zamanı, ibtidai icma dövründə mövcud olan ayrı – ayrı arxeoloji mədəniyyətlərin xüsusiyyətlərini təqdiq edib, ibtidai insanların fiziki tipini, onların məşğuliyyətini, əmək alətlərinin texnika tipologiyasını, ovçuluq təsərrüfatını və odun meydana gəlməsi kimi xüsusiyyətləri də tədqiq edlir.

Poliolit arxeoloji ekspedisiyanIn rəisi. tarix elmləri doktoru, professor. Əsədulla Cəfərov:
-Zuvandçay polielit dövrü düşərgəsinin çöküntülərində 5 arxeoloji təbəqə qeydə alınıb. Birinci və ikinci təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı eniolit, tunc, dəmir ilk orta əsrlərə aid gil qab qırıqları, 3,4,5-ci təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı isə daş dövrünün müxtəlif inkişaf mərhələlərinə aid əmək alətləri, ovlanmış heyav sümükləri tapılıb.
Ən qədim tapıntılar 125 min il bundan qabaq hazırlanıb. Xüsusilə bu kobud əl çapacaqları 5-ci təbəqənin alt qatından tapılıb. Bu tapıntı bizə əsas verir deyək ki, Zuvandçay polialit düşərgəsində bu günki tətqiqatlat nəticəsində qədim insanlar ilk dəfə bura 125 min il dundan əvvəl qədəm qoyublar.
Düşərgədəki tətqiqatlar zamanı çöküntülər arasında od-ocaq laylarına da rast gəlinib ki, bu da onu göstərir ki, düşərgədə məskunlaşan qədim sakinlər odla tanış olub, ondan istifadə ediblər. Zuvandçay poliolit düşərgəsi dəniz səviyyəsindən 1630 m. hündürlükdə, 600 kv. metirlik sahəyə malikdir.

"Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий