24.12.2012

“Folklor paytaxtı” ilə yekun vurdu

Tədbirlər isə davam edəcək. Amerikalı gənc burada gördüklərindən çaşıb qalmışdı.

Bizim üçün bu tədbirdə ən maraqlı məqamlardan biri də bu yekun konsertində iştirak edən amerikalı Sayla xanımın fikirləri oldu. O bildirdi ki, 2 ilə yaxındır ki, Sülh Korpusunun nümayəndəsi kimi Masallıda çalışıram. Amma bu tədbirdən sonra Masallını yenidən kəşf etdim. Burada möcüzələr var imiş - rəqs qruplarının çıxışları o qədər xoşuma gəldi ki, çaşıb qalmışam. Burada çoxlu şəkillər çəkmişəm və elə bu gün onları sosial şəbəkələrdəki amerikalı dostlarımla paylaşacağam.
Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyi bu il Masallı rayonunu “Folklor paytaxtı” elan etmişdi. Bu istiqamətdə rayonda ilboyu silsilə tədbirlər – sərgilər, görüşlər, müsabiqələr keçirildi.
60-dan artıq rayonun qatıldığı Muğam Festivalı, 10-a yaxın ölkədən gəlmiş kollektivlərin iştirakı ilə Beynəlxalq Folklor bayramı və sair tədbirlər bu qəbildəndir. Hazırda Masallı folklor nümunələrindən ibarət mükəmməl toplu işıq üzü görmək üzrədir. Rayonda isə rəqs kollektivlərinin sayı son vaxtlar nəzərəçarpacaq dərəcədə artıb.
Dekabr ayının 15-də Masallıda bütün bu tədbirlərin yekununa həsr olunmuş toplantı keçirilib. Onlarla jurnalistin və digər qonağın qatıldığı bu tədbirdə görülən işlər barədə hesabat verildi, süjetlər göstərildi, maraqlı konsert proqramı nümayiş etdirildi, qaliblərə fəxri-fərmanlar verildi.
Tədbirə qatılan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev çıxışında folklor ili çərçivəsində Masallıda keçirilən Beynəlxalq folklor festivalının böyük əks-səda doğurduğunu, indiyədək iştirakçıların yüksək qonaqpərvərliklə qarşılanması barədə nazirliyə və rayon rəhbərliyinə təşəkkür məktublarının gəldiyini diqqətə çatdırıb.
Respublika Folklor İnstitutunun direktoru Muxtar İmanov da çıxışında Masallı rayonunun zəngin folklora məxsus bölgələrdən olduğunu xüsusi vurğuladı.

cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий