31.01.2013

Neokonservativliyi indiki halında qəbul edə bilmərəm


Namiq Hüseynlinin tərcümələri

Frensis Fukuyama
Vaşinqtondakı RAND korporasiyasının daimi məsləhətçisi. “George Mason” univerisitetinin  ictimai siyasi fakülətisinin işçisi, “Journal of democracy” jurnalının redaksiya heyyətinin üzvü.

Birləşmiş Ştatlar xarici siyasi kursunu yenidən gözdən keçirməli, onu “hərbi kompaniyadan”, insanların ağıl və ürəyinin səsinə səs verən siyasi yarışa çevirməlidir.
Bu gün İraq işğalının üçüncü ildönümündə, artıq qismən də olsa aydındır ki, tarixin bu müharibə və onu törədən əsas qüvvə olan ideologiyalarla bağlı hokmü sərt olacaq. İraqın və Yaxın Şərqin demokratikləşdirilməsi ideyasının gerçəkləşməsinə ən fəal “can atanlar” həm Buş administrasiyasının tərkibində, həm də ondan xaricdə olan neokonservatorlardır (neokonsevativizm – 1960-70 –ci illərdə liberalizm axınına qarşı yaradılmış siyasi ideologiya –tərc).
Məhz onlar, müşahidəçilərin çoxu kimi (istər tərəfdarlar, istərsə də əlehydarlar olsun) İraqda hakimiyyət dəyişikliklərindən sonra, öz ideoloji proqramlarının yaxın aylar ərzində tam uğursuzluğa düçar olacağını düşünürdülər.
Əgər İraqdan ordusunu çıxardıqdan sonra ABŞ susub özünü təcrid etsə, bu bütün dünya üçün böyük faciyəyə çevrilərdi, çünki Amerikanın qüdrəti və təsir imkanları beynəlxalq arenada inteqrasiyanı və demokratikləşməni dəstəkləmək üçün vacibdir. Neokonservativ proqramda isə məqsədlər deyil, o məqsədlərə çatmaq üçün istifadə edilən “militarist” vasitələr şübhə oyadır. Amerikanın xarici siyasəti qalın qafalı və həyasız “realizmə” uyğun qurulmamalı, əksinə məqsəd və vasitəni özündə birləşdirən bir növ “praqmatik-vilsonian” konsepsiyası işləyib hazırlayaraq təşkil olunmalıdır.
Axı nəyə görə neokonservatorlar ölçü hisslərini o qədər itirdilər ki, öz məqsədləri belə təhlükə altında atdılar? Necə oldu ki, qibtə ediləcək bir “soy kökə” malik siyasi axın, birdən-birə o fikrə gəldi ki, terrorizmin “ilkin mənbəyi” ni demokratiyanın olmadığı Yaxın Şərqdə axtarmaq lazımdır, Birləşmiş Ştatlar isə müdriklik və çevikliklə bu problemi həll edəcək, ya da İraqdakı demokratiya tezliklə və ağrısız şəkildə qələbə çalacaq? Əgər soyuq müharibə başa çatmasaydı Neokonservatizm belə bir çevirilməyə məruz qalmazdı. 
Soyuq müharibənin nəticəsi İraq problemini hərbi yolla həll edənlərin fikrinə iki tərəfli təsir etdi. Birincisi, baş verənlər bütün totalitar rejimlərin gil ayaqlar üzərində dayanan nəhənglər olduğunu və elə ilk zərbədəcə daxildən karton ev kimi dağıldıqlarını göstərdi. Bu qismən də olsa İraqda baş qaldıran üsyanın Buş administrasiyası üçün niyə gözlənilməz olduğunu göstərir. Görünür, müharibə tərəfdarları sadəcə əmin imişlər ki, cəmiyyəti diktatura rejimindən azad edən kimi o uzunmüddətli islahatlar və institusion quruculuq olmadan dərhal demokratiyaya keçəcək. Belə təkamül keçirib, yanlış şəkildə dəyişdikdən sonra mən artıq neokonservatizmi dəstəkləyə bilmərəm, o nə siyasi simvol kimi, nə də intellektual axın kimi mənə maraqlı deyil.
Buş Administrasiyası və onun tərəfdarları olan neokonservatorlar ətrafdan gələn və ABŞ-ın öz gücünü necə yayması gərəkdiyini göstərən beynəlxalq reaksiyaları belə oxumağa macal tapmayıb. Əlbəttə, Soyuq müharibə dönəmində Vaşinqtonun əvvəlcə hərəkət etdiyi, sonra da müttəfiqləri arasında bu hərəkətə qanuni don geydirməyə çalışdığı hallar az olmayıb. Lakin, Soyuq müharibə bitdikdən sonra beynəlxalq münasibətlər o şəkildə dəyişdi ki, Vaşinqtonun güc yatırımları müttəfiqlərində daha çox ona ümidsizlik oyatmağa başladı. SSRİ- süquta uğradıqdan sonra bir çox neokonservator-publisistlər Birləşmiş Ştatların topladığı gücü bir növ “xoşməramlı dünya hegemoniyası” qurmaq uğrunda istifadə etməsini, beynəlxalq ictimaiyyətin maraqlarını müdafiə edən problemləri həll etməsini, böyük dövlərtlərdən asılı olan “kölə-dövlətləri” müdafiə etməli ya da kütləvi qırğın silahların yayılmasının qarşısını almalıdır.
Öz-özlüyündə ABŞ-ın hegemon rolunda başqa imperiyalardan daha “xoşməramlı” ola bilməsini absurd fikir adlandırmaq doğru olmaz, lakin onun gerçəkləşdirilməsi yaxşı ölçülüb-biçilməyib, dünyada ABŞ-a qarşı münasibətin kəskin dəyişməsi ilə bağlı “xəbərdarlıq siqnalları” nəzərə alınmayıb. ABŞ-a qarşı beynəlxalq münasibət xüsusilə də iran müharibəsi başlamazdan bir qədər əvvəl dəyişməyə başlayıb. Birləşmiş Ştatlar sadəcə mövcud olan dövlətlər arasında, qüdrətli dövlət olmaq üçün tələb olunan keyfiyyətlərin sərhəddini olduqca sürətlə keçib.
Bir sözlə dünya amerikan “xoşməramlı hegemoniyasını” başqa səbəbdən qəbul etmədi. Birincisi, güc tətbiq etmək başqa ölkələrə icazə verilmədiyi halda Birləşmiş Ştatlara icazə verilib, çünki güya amerikanlar bütün dünya ölkələrindən fərqli olaraq “əxlaqi üstünlüyə” sahibdirlər. İkinci problem ondadır ki, amerikan “xoşməramlı hegemoniyası” daxili-siyasi xarakter daşıyır. Amerikalıların çoxun İraqın uğurla bərpa olunması üçün əllərindən gələn hər şeyi etməyə hazır olduqları halda, bu ölkənin işğalı onlarda gələcək bahalı hərbi müdaxilələr etməyə iştah yaratmadı. Axı, mahiyyətcə amerikan xalqı “iperiya” xalqı deyil.
Nəhayət, “xoşməramlı hegemon” ideyası, təkcə hegemonun xoş məqsədi postulatı üzərində qurulmur, burda müəyyən təcrübəyə və səriştəyə də ehtiyac var. İraqa hərbi müdaxilənin avropalılar (hətta təkcə onlar deyil) tərəfindən tənqid olunması böyük ölçüdə beynəlxalq-hüquqi müstəvidə əsaslandırılmayıb, ABŞ BMT-nin Təhlükəsizlik Şurasının sanskiyalarını əldə etməyə də bilərdi, tənqidi əsaslandıran əsas məsələ odur ki, bu İraqın dümokratikləşdirilməsi üçün Vaşinqtonun bu ölkəyə hərbi müdaxilənin vacibliyinə inandırması səmimi deyildi, çünki öhdəsinə götürdüyü bu işi necə edəcəyini əvvəlcədən bilmirdi. Təəssüf ki, tənqidçilər haqlı olduqlarını sübut etdilər.
Əsas səhv ABŞ-ın radikal islamçılığın yaratdığı təhlükəni böyütməsi olub. Lakin, kütləvi qırğın silahına sahib fanatik-terrorçularla mübarizə ilk dəfə elan ediləndə, böyük düşmən perespektivinə sahib idi və müharibə tərəfdarları onu “iran təhlükəsi” ilə səhv salırdılar, həmçinin bu özbaşına və qapalı rejim kimi görünürdü.
Bu gün neokonservatorların “ulduzlu saatları” artıq geridə qalıb. Birləşmiş Ştatlar öz xarici-siyasi kursunu yenidən dəyərləndirməlidir. Birincisi, “terrorla qlobal müharibəni” “demilitarizasiya” ya uğratmaq lazımdır və başqa xarici-siyasi alət tapmaq lazımdır. Biz Əfqanıstanda və İraqdakı üsyançılarla vuruşuruq, biz beynəlxalq cihad hərəkatı ilə vuruşuruq və bu mübarizəni sona çatdırmaq lazımdır. Bir məsələ var ki, bunu “müharibə” adlandırsaq baş verənlərin miqyasını kiçiltmiş oluruq. Cihadçıların çağırışlarına cavab hərbi kompaniya olmamalı, əksinə dünya üzrə sadə müsəlmanların könlünün və ağıllarının səsinə səs vermək üçün siyasi yarış olmalıdır. Fransa və Danimarkada yaxın zamanlarda baş verən hadisələr, bu müharibədə əsas “mübarizə meydanının” Avropa olduğunu göstərdi.
Birləşmiş Ştatlar öz hərəkətlərinə qanunilik qazanmaq üçün “könüllülər ittifaqı”ndan daha çox qəbul edilən bir qurum tapmalıdır. Dünyada kollektiv aksiyalara hüquqi qiymət verən beynəlxalq təşkilatların sayında açıqca azlıq hiss olunur. Konservatorların BMT-yə qarşı tənqidlərini tamamilə haqlı hesab edirəm. Bu təşkilar bəzi sülhməramlı əməliyyatlar keçirir, ayrı-ayrı dövlətlərin quruculuğunda iştirak edir, lakin beynəlxalq təhlükəsizliklə bağlı ciddi problemlərin həllində onun kifayət qədər demokratik qanuni bazası olmadığı üçün sadəcə təsirsiz bir quruma çevirilir. Problemləri “kollektiv oraqanların çoxluğu” həll edə bilər, onlar qismən də olsa özlərinin oxşarını yaradan bir sistemə çevirilib, hətta beynəlxalq təsisatlarla rəqabət apara bilər, regional və funksional prinsip əsasında qurula bilər.
Nəhayət, ABŞ-ın xarici siyasətdə, dünyada demokratiyanın yayılması işində hansı mövqeyi tutacağını da yenidən dəyərləndirmək lazımdır. İraq müharibəsindən götürülüən ən ibrətamiz dərs mühafizəkar olmayan ideyalara qarşı özünü tam bağlamamaq, həmçinin izoyasiyonizm və realizm hissinin itirilməsi, bunun da iyrənc nəticələrə gətirməsi oldu, axı nəticədə ABŞ-nin müttəfiqləri özlərini dost əhval-ruhiyyəsində təqdim edən avtoritar rejimlər də ola bilər. Vudro Vilson ruhunda siyasət yürütmək (bu siyasət başqa dövlətlərə münasibəti, həmin dövlətin öz vətəndaşları ilə münasibətinə əsasən qurmaq və buna böyük gerçəklik kimi baxmaqdan ibarətdir) Corc Buşun ilk prezidentliyi dönəmində Buş administrasiyasında və neokonservativ müttəfiqlərdə çatışmayan keyfiyyət idi.
Yaxın Şərqi demokratikləşdirmə və “müasirləşdirmə” ordakı cihad terrorizmini həll etməyəcək. Radikal islamizm artıq müxtəlif rejimlərdə eyniliyini itirməyə başlayıb, müasir, pülüralist cəmiyyətə cəmiyyətlərdə özünə yer tapır. Ona görə də bu regionda demokratiyanın yayılması, eyni zamanda “yadlaşmanın”, radikallığın və terrorizmin yayılması deməkdir. Bundan əlavə, bir nə ediriksə edək islmi qruplaşmaların Yaxı Şərqin siyasi həyatındakı yeri danılmazdır, təkcə bu yolla, yəni onları aktiv siyasətə cəlb etməklə, islam cəmiyyətinin qanından və cismindən zəhəri çıxartmaq olar. Zamanla bizimlə dost münasibətdə olan, amma itayətkar xalqları üzərində avtoritar hakimiyyət qurmuş hökümətlər sıradan çıxıb gedəcək.
Buş administrasiyası mütəmadi olaraq Buşun ilk prezidentlik dönəmindən yarımçıq qoyduğu işlərin üzərinə qayıdır, bunu onların İranın və Şimali Koreyanın nüvə proqramları ilə münasibətində ehtiyatla, kollektiv hərəkət etmələri göstərir. Lakin, Corc Buşun ilk prezidentlik müddətində Vaşinqtonun addımları amerikan cəmiyyətini elə qütbləşdirib ki, onlar arasında ABŞ-ın idealı və marağı arasında əlaqənin necə qurulmalı olduğunu müzakirə etmək müşkül məsələyə çevrilib. Bu gün bizim üçün mühüm olan, ABŞ-ın ətraf mühitlə əlaqələrini necə qurmasıdır. Biz neokonservatorları bütün dünyada insan hüquqlarına hörmət etməyə çağırmalıyıq, onları bu məqsədə güc siyasəti və ABŞ-ın dünya hegemoniyası vasitəsilə çatacaqları illüziyasından azad etməliyik.


Verilmiş mətn Frensis Fukuyamanın çapa hazırlanan “Neokonservatorlardan sonra: Amerika yol ayrıcında” (“After the Neocons: America at the Crossroads”), kitabından bir parçadır.
“The Guardian” qəzeti, Böyükbritaniya, 26 fevral 2006-cı il

Tərcümə: Namiq Hüseynli

Комментариев нет:

Отправить комментарий