31.01.2013

Təsadüfən girdin həyatıma

Tural Balabəyli

Mənasız saydığım
bir dövürdə
təsadüfən
girdin həyatıma.
Hər şeyi dəyişdin.
Özünlə gətirdin bütün
sevincləri və sevgiləri…
Qınadılar məni,
səni təsadüfən
tanıdığım üçün.
Sənin
bir başqa
dünyanın
insanı
olduğunu,
əslində

mənim
o dünyada
yerimin
olmadığını,
mənimsə
dəli olduğumu
dedilər
zaman-zaman.
Heç nə
düşünmədim.
Mənim üçün
bir sən var idin.
Səninlə
sevdim
hər şeyi;
səbr etməyi,
bağışlamağı,
laqeyd olmağı,
düşündüklərimi deməyi.
Əslində
sevmədiyim
hər şeyi
səninlə öyrəndim
və sevdim.
Başa sala
bilmirəm hislərimi.
O qədər
dəyərlisən ki...
Hislərimin adını
nə qoyacağımı
bilmirəm.
Ucuzlaşmağındanmı
qorxuram görəsən
duyğularımın?
Yoxsa
səni itirməkdənmi?
Desələr bu eşqdir,
inanmaram.
Ya da inanmamaq
üçün israr edərəm.
Hərdən
özüm belə
öz duyğularımdan
qorxuram.
Bəlkə bir gun
təsadüfən ağlına
gəlsə mənim
sənə olan hislərim,
qorxma...
Qürurlu ol...
Necə varsansa,
bax elə...
Dəyişməsin
heç nəyin...
Düşüncələrin,
duyğuların...
Çünki mən səni
belə tanımışam...
Duymaq
istəmədiyini
ağlına gətirmə...
Unut hər şeyi...
Hətta varlığım
əzab versə sənə,
məni belə unut...
Sən mənim sadəcə təsadüfümsən...

Комментариев нет:

Отправить комментарий