31.01.2013

Adam oğlu, nə deyirsən...

Sadiq Binəli

Adam oğlu, sən nə deyirsən mənə haqdan?
Lazımdı deyim mən sənə haqdan ya nahaqdan?!

Sakit! Danışıb ağzıvı yum badə nə badə
Bir kəlmə danışma bu dövürdə qanacaqdan.

Sən kimsən axı? Fəhlənin oğlu xan olub ki?
Sən də danışırsan söz atırsanda uzaqdan.

İndi bu zəmanə qocanı saymır e saymır,
Amma danışır bəziləri arvad-uşaqdan.

Çoxdandı papaqdan çıxır axırda bu millət
Bir də görəcəksən daha yoxdur o papaqdan.

Sadiq, daha bəsdir bu qədər çoxlu danışdın,
Xeyr eyləycək yox?! Deməli dinmə qıraqdan.

Комментариев нет:

Отправить комментарий