16.03.2013

Prezident sosial şəbəkə vasitəsilə tanıdığı şəxsi nazir təyin etdi

Prezident sosial şəbəkə vasitəsilə tanıdığı şəxsi nazir təyin etdiÇeçenistan prezidenti Ramzan Kadırov ölkə hökümətinə yeni nazir təyin edib.
Çeçenistan prezidenti Arbi Tamayev adlı bu şəxi “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanıyıb. Bu barədə Çeçenistan prezidenti cümə günü “İnstagram”da rəsmi profil vasitəsilə məlumat yayıb.
Bundan başqa, prezident sosial şəbəkədə Çeçenistan hökümətinin rəhbəri Əbubəkir Edelqeriyev və Arbi Tamayevlə olan görüşündən də foto paylaşıb.
“Arbi Tamayev mənim “İnstagram”çıları yığmaq xahişimə fəal reaksiya verdi, təşəbbüskarləq və inadkarlıq göstərdi. İndi o, bu keyfiyyətlərini yeni vəzifədə – Çeçenistan Respublikasının vətəndaş təşkilatları ilə qarşılıqlı əlaqələrin təşkili naziri vəzifəsində göstərməli olacaq”,- deyə Kadırov məlumatda qeyd edib.
O həmçinin bildirib ki, izləyicilər yeni naziri @arbi_9595 niki ilə tanıyırlar.

Trend

Комментариев нет:

Отправить комментарий