25.12.2010

Demokratiya siyasi fəaliyyət kimi

Sayman Aruz
Dünya Azərbaycanlı Yazarlar Qurumu 

 Demokratiya siyasi bir fəaliyyət kimi daha çox onunla uyğun olan bir çox ənənəvi və cari təlimlərdən bəhrələnir. Demokratiya bu anlamda kollektiv yaşam şəraitində rasional, təcrübədən keçmiş effektiv və faydalı təsirə malik olaraq özündə həmçinin “yekdillik“ və “əksəriyyət” prinsiplərini əks etdirirək millətlə dövlətin əlaqəsi kimi qələmə verilir. Başqa sözlə dem okratiyanın ən geniş yayılmış mənası həmin siyasi demokratiya hesab olunur ki, onun əsas prinsipləri aşağıdakılardan ibarətdir: Azadlıq (Söz azadlığı, mətbuat, partiyaların fəaliyyət azadlığı və toplaşma azadlığı); Azad seçkilər; Qanunun aliliyi; Qanunvericilik, icra və məhkəmə orqanlarının vəzifəsi; Ümumi iştirak.
 Göstərilən bu beş prinsip bütünlüklə hər hansı cəmiyyətin siyasi həyatında praktiki şəkildə mövcud olduğu təqdirdə həmin cəmiyyətdə demokratiyanın olması barədə fikir yürütmək mümkündür. Başqa sözlə insanların rəyinin nəzərə alınmadığı cəmiyyətlərdə heç vaxt demokratiyanın mövcudluğundan bəhs etmək mümkün deyildir. Bu barədə hətta iddialar edilsə belə yalandan başqa bir şey deyildir.
 Bir sıra mütəfəkkirlər demokratiyanı hər hansı bir ölkədə məsul şəxslərin dinc yolla (qarşıdurmasız və qan tökülmədən) hakimiyyətə gətirilməsi, tənqidi və hakimiyyətdən azad edilməsi kimi dəyərləndirirlər . Bu aydın bir dəyərləndirmə olub, onda yuxarıda qeyd olunan beş ünsür dolayısı yolla öz əksini tapır. Demokratiyanın bu şəkildə dəyərləndirilməsində hakimiyyətin dinc yolla əvəz edilməsi, cəmiyyətin əksəriyyətinin iradəsi və istəyi əsasında hakimiyyətin səlayihətlərinin məıhdudlaşdırılması nəzərdə tutulur. Bu anlayışda Avraam Linkolnun demokratiya haqqında dediyi “insanların insanlar vasitəsilə hakimiyyətinin həyata keçirilməsi“ barədə stereotip və mücərrəd tərifi qəbuledilməz hesab edilir. Çünki bu tərif tarixdə yalnız qədim Yunanıstanda və Afina birbaşa demokratiyasında müəyyən məna kəsb edirdi. Həmin tərif müasir dövrün siyasi coğrafiyası ilə uyğunluq təşkil etmir və onun həyata keçirilməsi də imkansızdır.
 Bu gün demokratiyadan bəhs etdikdə bu sahədə bir çox təlimlər özünü büruzə verir. Hakimiyyətdə olanların məhdud və faydalı hökmranlığı, hakimiyyət zəncirinin konkret zaman və öhdəliklərə malik olması, azad seçkilər, ictimai azadlıqlar, hakimiyyətin səlahiyyətinin məhdudlaşdırılması və məhkəmənin müstəqilliyi, qanunun alaliyi bu kimi təlimlərə misal ola bilər.

Комментариев нет:

Отправить комментарий