30.12.2010

Canavar yağında yumurta bişirib yeyən görücü

Mirxanlar: “Mənfi enerjimi atmaq üçün Zeynəb Xanlarovanın “Nə qaldı” mahnısına qulaq asıram”
 
Onu ilk dəfə telekanallardan birində falçı Yeganənin dərsini verəndə gördüm və belələrinin də olduğuna çox sevindim. Falçı Yeganə ölkədə canavar saxlayan və qurd yağıyla evlər dağıdan bir qadın kimi tanınır. Əslində qurd yağı deyilən bir anlam millətin psixologiyasında o qədər qorxunc bir imic yaradıb ki, genetic olaraq bu qorxunu çoxları daşımaqdadır. Bəli, bu nə qədər iyrənc və gülünc olsa da qurd yağı qorxusu artıq genimizə ötrülməkdədir. O zaman Mirxanlar adlı öncəgörən Yeganəyə üzünü tutub: gətir o qurd yağına yumurta vur, qayqanaq bişir, mən yeyim. Heç nə də olmayacaq mənə. Qurd yağı zadı hamısı yalandır, cəfəngiyyatdır demişdi.
O zaman bu görücünün cəsarəti xoşuma gəldi. Ötən günlərdə təsadüfən Mirxanlarla müsahibəm alındı. Amma deyim ki, o, televziyada göründüyü qədər dini, həyatı dərindən bilən bir insan deyil. Buna da səbəb onun təhsil almamasıdır. Qeyd edim ki, uşaqlıqda uzun müddət yataq xəstəsi olan Mirxanla ilk təhsilini də ala bilməyib, odur ki, o, hazırda yazıb-oxuya bilmir. Eyni zamanda Mirxanların görücülüyü və ya şəfavericiliyi ilə bağlı da ürəkaçan bir söz deyə bilməyəcəm. Sadəcə o, realisti. Bu çox maraqlıdı. Müsahibəni diqqətlə oxuyanlar isə Mirxanların kimliyini və necə görücü olduğunu məndən daha yaxşı görəcəklər.
“Maqura” gözəllik salonunun yaxınlığında kirayədə yaşayan Mirxanlar başqa falçılar kimi qaz vurub qazan doldurmadığını deyir. 



-Masallının Tiklə kəndində kasıb bir ailədə doğulmuşam. 7 il xəstə yatmışam. Bu yeddi ildə o qədər əziyyət çəkmişəm. Amma Allah mənim əziyyətlərimin müqabilində mənə böyük bir dəyər verdi. Ona görə, o yeddi ilə heyfim gəlmir.

- İlk dəfə nə zaman bildiniz ki, sizdə görücülük qabliyyəti var?
- Əslində məni daha çox şəfaverici kimi tanıyırlar. Çünki daha çox şəfavericiliklə, müalicəylə məşğulam. Amma xəstə yatanda bəzən yanımdakılar hiss edirmiş ki, mən kiminsə həyatını danışıram. Bir-neçə dəfə belə hallar olub, sonra özümdə nələrin baş verdiyini anladım. Moskvada da müalicə aldım. İndi bu günümə hər dəqiqə şükür edriəm. Sağ-salamatam və ayaq üstə rahat yeriyə bilirəm.
- Mirxanlar, səni daha çox telekanallardan birində şou verilişində qurd yağıyla guya evlər yıxan Yeganəyə cavab verəndə gördülər. Əslində o zaman Yeganəyə yaxşıca dərs keçdiz. Bu təkcə Yeganəyə deyil, onun kimi fırıldaqçılara və bu fırıldağa inananlara yaxşıca cavb idi.
- Mən həmişə deyirəm ki, insane hamıdan və hər şeydən güclüdü. Qurd yağını da belə fırıldaqçılar uydurub. Mən bilirəm və görürəm öılkədə o qədər fırıldaqçılar var, onlar adamların həyatına girib parçalyırlar. Hamını bir-biriylə düşmən edirlər. Deyirlər sənə qaynınarvadı, baldızın qurd yağı edib. Nədir axı bu qurd yağı düşüb camaatın dilinə? Mən canavar yağında yumurta bişirib yemişəm. Nədir hamını aldadırlar, qurd yağı, qurd dərisi, qurd ayağı, aurd tükü. Artıq adamlarda elə fikir yaranıb ki, qurdla ölünü diriltmək, dirini öldürmək olar. Hamıdan və hər şeydən güclü olan Allahdır, sonra insan.
- Hə, çox maraqlı məqamdır əslində. Türk xalqlarının totemi olan, türkün xilaskarı olan qurdu falçılar, fırıldaqçılar dəhşətli, əcaib bir məxluqa çeviriblər. Artıq qurd deyəndə, canavar deyəndə heç kimin ağlına xilaskar gəlmir. Hamı o anda dağılan ailələri, bir-biriylə yola getməyən insanları düşünür. Sən qurdu yenidən xilaskar kimi insanlara təqdim edə bilərsənmi?
- Mən o zaman sübut etdim ki qurd yağı zadı yalandı. O zaman mənə o qədər zənglər gəldi, müxtəlif insanlardan. Mənə təşəkkür edirdilər ki, bəs biz çoxdandır bu qorxununiçindəydik. Yəni hansısa falçı deyib ki, sənin arvadına qurd yağı çəkilib. Bir onkoloji xəstə var idi. Bu adama həkimlər artıq vaxt qoymuşdular. Amma falçı bütün ailəni öz qohumuyla düşmən edir ki, bəs qurd yağı çəkilib, qurd yağıdır bunu belə əridən. Kimə lazımdır, bu çəkişmələr, parçalamalar?
- Bu gün onsuzda social-iqtisadi problemlər ailələri kökündən silkələyir, münaqişələrin yaranmasına səbəb olur. Belə bir zamanda falçılar ailələrə böyük problem yaradır və ailədaxili zorakılığın dərinləşməsinə şərait yaradır.
- Elədi. Adamların özlərində də günah var. Kimin yanına getdiklərini bilmmirlər. Özü də biz müharibə şəraitində yaşayırıq.
- Fala neçəyə baxırsız?
- 10 manata.
- Vergi ödəyirsizmi?
- Ödəyirəm.
- Xeyriyyəçiliklə məşğul olursuzmu?
- Hə. Nənəm rəhmətə getdi, amma mən rayona onun hüzürünə getmədim. Amma burda bir həftə pulsuz görücülük elədim. Bu da oldu nənəmin ehsanı.
- Bəs niyə pesokla baxırsız? Məşhur görücü Vanqa qəndlə baxırdı. Oxşarlığınız var?
- Yox, bilmirəm, niyə görə belədir. Amma mən ilk zamanlardan elə pesokla baxıram.
- İndiyə qədər konkret kimləri sağaltmısız? Sağaltdığınız adamlardan birinin tarixçəsi haqqında danışa bilərsizmi?
- 2010-cu ildə 2700 nəfər adam sağaltmışam.
- Onlardan biri haqqında məlumat verə bilərsizmi?
- Yox. Bunu özüm bilirəm bəsdir. Toxunmaq istəmirəm.
- Bəs siz hansı üsulla sağaldırsız?
- Xəstə gəlib oturur stulda mənimlə üz-üzə. Bir az aralı, mən öz enerjimi ona ötürürəm.
- Bəs o, xəstələrdən sənə yüklənən mənfi enerjidən necə qurtulursan? Axı enerjinin balanslaşdırılmasını bacarmalısan. Bir xəstədən sənə yüklənən mənfi enerjini başqa sağlam adama da ötürə bilərsiz.
- Mən mənfi enerjiylə yükləndiyimi hiss edəndə Zeynəb Xanlarovanın “Nə qaldı” mahnısına qulaq asıram və tamamilə təmizlənirəm.
- Məncə mahnı enerjini balanslaşdıra bilməz və ya mənfi enerjini çıxara bilməz. Mahnı sadəcə yorğunluğu götürə bilər. O da oynaq mahnılar, belə kədərli, qəmgin mahnılar yox.
- Yox, bu mahnı mənə enerji verir.
- Deyir dama-dama göl olar. Elə dəryadan da damla-damla götürərsən boşalar. İlk ibtidai təhsilin olmadığına görə, yəqin ki, oxuya bilmirsən. O zaman qabliyyətini nəylə artırırsan?
- Bu gücü mənə Allah verib. Həm də mən dini kitaba qulaq asıram.
- İndi falçılar evlərinə iri-iri şəkillər qoyurlar. Bu şəkillərdə peyğəmbərimiz (ə.s.s) çox qorxunc şəkildə ifadə olunub. Amma əslində islam dini insanın şəklinin çəkilməsinin əleyhinədir. İslamda eyni zamanda baxıcılıq, görücülük də günahdır. Quran-ın Fəlaq surəsində deyilir ki, ya Rəbbim qoru məni cadu edib ofsun üfürənlərin şərindən. Amma bu gün cadugərlər, fırıldaqçılar Quran açır, Quranla fala baxır. Axı Quranda, müqəddəs kitabmızda bu qadağan olunub.
- Yox, mən Quranla baxmıram, pesokla baxıram. Mən Quranı evdə stolun üstünə-zada qoymuram. Bu müqəddəs kitabdır və hər şeydən hündürdə olmalıdır. Evə hər gələn onun üstünə çıxmalı deyil.
- Amma səni sonralar verilişlərdə görmədik. Eyni zamanda mediada da çox az görünürsüz.
- Hə, mən xoşlamıram, pul verib reklam olunmağı. Mənim üstümə jurnalistlər gəlir, onlar mənimlə konkret pul danışırlar, mən isə onlara qapını göstərirəm. Deyirlər, müsahibən çıxacaq qəzetdən 100-nü sən götürməlisən.
- Zirəddin Rzayev Azərbaycanda bütün falçıların yuxusuna haram qatıb, çörəyinə mane olur. Sizin münasibətiniz necədir ona?
- Belə də. Adi. Mən tək görücü deyiləm, həm də şəfavericiyəm.
- Adətən şou ulduzları parlayıb ulduz olmaq üçün özlərinə sponsor tapırlar. Bu artıq falçılarda da belədir.
- Yox, mən xəstə olanda qohumlarımın, yaxınlarımın çoxu bizdən uzaq qaçırdılar. İndi o, adamlar mənim rayona gedəcəyim günü gözləyirlər.
- Başının arxasında uzun saç saxlamısan, bunu fərqli görünmək üçün edirsən?
- Yox, mən seyid nəslindənəm. Bu da seyidliyin işarəsidir.
- Amma yapon alimləri başlarının arxasında uzun saç saxlayırmışlar. Onlar bununla da kosmosdan enerji aldıqlarını deyirdilər.
- Yox, mən seyidəm. Ona görə saxlamışam
- 7 il az bir vaxt deyil. O günlərdən ən çox yaddaqalan bir məqama qayıda bilərsizmi?
- Hə, yadımdan çıxmaz. Bir gün yataqda uanıb yenə gözümü tavana zilləmişdim. Birdən iki qaranquş içəri girdi. Onlar çığrışa-çığrışa çılçırağın başına dolanıb, qapıdan çıxdılar. O zaman dedim ki mən sağalacam. Aradan az bir vaxt keçdi. Qəfil ayaqlarımın hərəkətə gəldiyini hiss etdim. Düz deyirlər qaranquşlar şad xəbər gətirir.

Gülsüm Nəbiqızı                                                                                
"Yeni xəbər"

Комментариев нет:

Отправить комментарий