31.12.2010

AZƏR QARAMANLI: “MƏSUL ŞƏXS OLARAQ BÜTÜN SORUMLULUQLAR MƏNİMLƏ BAĞLIDIR”

“Yeni ildən etibarən “Poliqon İnformasiya Agentliyi” olaraq saytımızda yeni layihələr həyata keçirməyə başlayacağıq. Eyni zamanda mərhum Şahin Ağabəylinin vəfatına qədər mövcud olmuş əlaqələrə yenidən baxılacaq. Agentilyimizin tərəfdaşları, siyasi və ictimai, o cümlədən iqtisadi strukturlarla da əlaqələrimizi yenidən quracağıq”. Bu barədə «pia.az» saytının rəhbəri Azər Qaramanlı açıqlamasında bildirib. O qeyd edib ki, saytın ümumi strukturunda da bir sıra dəyişikliklər həyata keçiriləcək.
Azər Qaramanlının sözlərinə görə, “pia.az” informasiya portalının və «Milli Yol» qəzetinin qurucusu olan Şahin Ağabəylinin vəfatından sonra bu qurumların fəaliyyətində təbii olaraq müəyyən problemlər yaranıb. «İstər saytın, istərsə də «Milli yol» qəzetinin fəaliyyətini mən, Şahin Ağabəylinin qardaşı olaraq davam etdirəcəm. Məsul şəxs olaraq bu qurumlarla bağlı bütün sorumluluqlar mənimlə bağlıdır.Ona görə də, bundan sonrakı münasibətlərin tənzimlənməsinə şəxsən nəzarət edəcək, çalışacağam ki, işlərimizi əvvəlki qaydada və yüksələn xətlə davam etdirək» deyə Azər Qaramanlı bildirib.
Qeyd edək ki, Azər Qaramanlı 2003-cü ildə «Milli Yol» qəzetinin qurucularından biri olub.

Комментариев нет:

Отправить комментарий