26.12.2010

CİA-dan İLHAM ƏLİYEVƏ SUİ-QƏSD HƏDƏSİ

Kondaliza Rays: "Xəzər bölgəsindəki böyük neft gəlirləri səbəbiylə başı hərlənən ölkələrin özbaşına liderləri, iqtidarlarının davam etməsi yönündə əsla uzun vaxta malik deyillər. Türkmənistan prezidenti Səfərmurad Niyazovun aqibəti bu cür şəxslərə yaxşı bir örnəkdir" 
 
Son günlər qardaş Türkiyə Cümhuriyyətinin bizə məlum olan iki kitabında Azərbaycan hakimiyyəti barədə fikirlər dərc olunub. Belə ki, Turqut Ərin "Azadlıqdan tiranlığa" adlı kitabından əlavə, Ali Kuzunun "CİA - Operasyonlar, Suikastler, Gizli raporlar" adlı kitabında İlham Əliyevə sui-qəsd təhdidinin olduğunu yazıb. Müəllif kitabında belə bir informasiyanı Azərbaycanda fəaliyyət göstərən "Turan" agnetliyinə yaxın olduğu bilinən "Contact" adlı saytdan götürdüyünü yazır. Məqalədə göstərilir ki, İlham Əliyev, Rusiya prezidenti və Qazprom şirkətinin Bakıya son səfəri zamanı Azərbaycanın Moskva ilə enerji sahəsində əməkdaşlığın artırılması yönündə yaşıl işıq yandırmasından sonra ABŞ rəhbərliyi çox hirsəlib.
Məqalədə daha sonra bildirilir ki, ABŞ xarici işlər naziri Kondaliza Raysın Gürcüstan səfərində dediyi, "Xəzər bölgəsindəki böyük neft gəlirləri səbəbiylə başı hərlənən ölkələrin özbaşına liderləri, iqtidarlarının davam etməsi yönündə əsla uzun vaxta malik deyillər. Türkmənistan prezidenti Səfərmurad Niyazovun aqibəti bu cür şəxslərə yaxşı bir örnəkdir" - sözlərinə yer verilib.
Yazının sonunda, məqalənin saytda yerləşdirilməsindən qısa bir müddət sonra saytın fəaliyyətinin dayandırıldığı, daha sonra isə məqalənin saytdan götürüldüyü qeyd olunur.


                                                                                                 faktxeber.com

Комментариев нет:

Отправить комментарий