26.12.2010

İranın gizli bazasında baş verən qəzada Mossad əli olduğu iddia edilir

Faktxeber.com -un "Le Figaro"ya istinadən verdiyi məlumata görə, inqilab gözətçilərinə aid raket bazasında 12 oktyabr tarixində baş verən üç partlayışın, ortaq nöqtəsi İranın nüvə proqramı olub. İranın qərbində yerləşən Lorestan əyalətində olan Xürrəmabad şəhəri yaxınlığındakı İmam Əli (ə) bazasındakı yeraltı keçidlər Şabab-3 raketlərin enişinə kömək edir. Zaqros dağlarının altından keçən tunellərdə olan bu raket atma təsisi ən həssas anlarda yanacaq doldurmaq və baş verə biləcək hər hansı hava hücumu ehtimalına qarşı yaradılıb. Ərazinin kələ köür olması İmam Əli (ə) hərbi bazasının üstünlüyünü bir qədər də artırır. Bu bazalar İnqilab gözətçilər korpusunun nəzarəti altındadır. Bu çox gizli baza DCA bateriyaları və SAM raketləri ilə qorunur.

Mütəxəssislər Şabab-3 raketlərinin daha çox raket başlığı daşıya bilməsini və bununlada eyni anda bir çox hədəfi vura bilməsini bildirirlər. Hərbi bazada baş verən partlayışları İsrail rejiminin törətdiyi iddia edilsə də, iranlı rəsmilər isə İmam Əli (ə)bazasına təşkil edilən gizli bir əməliyyat olduğunu rədd edirlər. İran tərəfi bildirib ki, partlayış hərbi bazada baş verən yanğın nəticəsində baş verib. Rəsmi məlumatlara görə, partlayışda 18 nəfər ölüb, 10 nəfər isə yaralanıb. 

MOSSAD ŞÜBHƏSİ?

İsrail rejiminin kəşfiyyat orqanı Mossadın əli olması şübhəsini isə bir sıra analitiklər ortaya atıblar. Onlar bildiriblər ki, bu İsrail ilə İran arasında davam edən pərdəarxası müharibədir və uzun illərdir davam edir. 
 
                                                                                       Hazırladı: Emin Nəsirli

Комментариев нет:

Отправить комментарий