22.12.2010

Rəşidə Behbudova: “Onun mələk kimi xasiyyəti olub”

 Azərbaycanın sevilən müğənnisi Rəşid Behbudovun 95 yaşı tamam olur

Dekabrın 14-də bənzərsiz səsə malik, dünya şöhrətli ifaçı, Azərbaycanın sevilən müğənnisi və ictimai xadim, SSRİ xalq artisti, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı Rəşid Behbudovun 95 yaşı tamam olur. Rəşid Behbudovun ailələri, sevənləri, incəsənət xadimləri onun Fəxri xiyabanındakı qəbrini ziyarət edib.

Rəşid Behbudovun qızı Rəşidə Behbudova atasının indiyə qədər sevilməsinin səbəbini qeyri adi-gözəl səsə malik olması ilə əlaqələndirib: “Təmamilə pozitiv və müsbət bir şəxsiyyət idi. Düşünürəm ki, onun şəxsiyytində mərhəmətlilik ən böyük amillərdən biri idi. Çünki hansı janrda ifa etməsindən asılı olmayaraq müğənni çox təmiz qəlbə malik olmalıdır. Onun mükəmməl, hətta deyərdim ki, mələk kimi xasiyyəti olub. Rəşid Behbudov qeyri – adi xarizmaya, cazibəyə və təmiz qəlbə malik müsbət xarakterli bir insan idi. O, həyatda sənətdə və yaradılıcıqda bir çoxlarını nail ola bilmədiklərini əldə edib. O, hər şeydən əvvəl öz millətini sevirdi”.

                       
                                                                                             kultaz.com

Комментариев нет:

Отправить комментарий