22.12.2010

Fotojurnalist Elxan Kərimov vəfat edib!

Ölkənin media ictimaiyyətinə ağır itki üz verib.

“Turan” agentliyinin əməkdaşı, tanınmış fotoreportyor Elxan Kərimov dekabrın 19-u saat 18 radələrində evində qəfil ürəktutmasından vəfat edib.

Dekabrın 28-də Elxan Kərimovun 62 yaşı tamam olacaqdı. Yaxınlarının dediyinə görə, son vaxtlar ürəyindən şikayətçi idi. Yanvar ayının 5-də ürək şuntlanması əməliyyatına hazırlaşırdı.

Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub.
1957-1967–ci illərdə 208 saylı orta məktəbi bitirib. 1968-ci ildə əmək fəaliyyətinə başlayıb. Əvvəl Bülbülə kəndində yerləşən “Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri” idarəsində işləyib. 1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan “Gənc müəllim” qəzetində fotomüxbir çalışıb.
1973-1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s. qəzetlərdə çap olunub. 1997-ci ildə Türk beynəlxalq iş adamları “Dialoq” aylıq jurnalında fotomüxbir vəzifəsində çalışıb.

Daha sonra öz fəaliyyətini “Tüsiab” jurnalında davam etdirib.

1998-ci ildə “Azadlıq” qəzetində baş fotomüxbir vəzifəsində işləyib.

Elxan Kərimov bir çox sertifikat və diplomlara layiq görülüb.

2004-cü il mayın 28-də “Azerbaydjanskie İzvecmiya” tərəfindən foto sahəsində gördüyü işlərlə əlaqədar sertifikata layiq görülüb. 2006-cı ildə 21 iyulunda “Foto (illüstrasiya)” nominasiya üzrə “Media Açarı 2006” mükafatını alıb.

2009-cu ildə Elxan Kərimovun 60 illik yubleyi çərçivəsində Media Mərkəzində foto sərgisi keçirilib.
Elxan Kərimovun çəkdiyi fotoşəkillər resbublikada çıxan qəzet və jurnallarda yayımlanıb.

O, “Turan” informasiya agentliyində baş fotomüxbir vəzifəsində çalışırdı.

21 iyul 2009-cu ildə “Zərdabi” mükafatına layiq görülüb.

Allah rəhmət eləsin.

Комментариев нет:

Отправить комментарий